Maşın almaq istəyənlərə bəd xəbər - Apreldən qaydalar dəyişir

Maşın almaq istəyənlərə bəd xəbər - Apreldən qaydalar dəyişirTbilisi avtomobil idxalı ilə bağlı qaydaları sərtləşdirməyə hazırlaşır və bu qərar Azərbaycanın maşın bazarına da təsirsiz ötüşməyəcək. Yeni təşəbbüsə görə, 6 ildən köhnə minik avtomobillərinin ölkəyə gətirilməsi və ilkin qeydiyyatı qadağan edilə bilər. Gürcüstan tərəfi bunu ekoloji vəziyyətin yaxşılaşdırılması və avtomobil parkının yenilənməsi ilə izah edir. Lakin bu addım regionda, xüsusən də Gürcüstan üzərindən üçüncü ölkələrə maşın aparan sahibkarların işini çətinləşdirir.
azxeber.com xəbər verir ki, Azərbaycan bazarı üçün əsas məsələ qadağanın hansı formada tətbiq olunacağıdır. Uzun illərdir ABŞ və digər ölkələrdən alınan avtomobillərin böyük hissəsi Gürcüstan limanları vasitəsilə gətirilir. Əgər 6 ildən köhnə maşınların ölkə ərazisinə girişi tamamilə yasaqlanarsa, bu halda 7 yaşlı və daha köhnə avtomobillərin tranziti texniki cəhətdən dayana bilər. Belə olan halda gömrük və rəsmiləşdirmə mexanizmi işləməyəcək ki, bu da daşınma zəncirini qırır.
Digər ehtimal isə məhdudiyyətin yalnız Gürcüstanda daxili qeydiyyata şamil olunmasıdır. Bu ssenaridə avtomobil ölkə daxilində istismara buraxılmasa da, tranzit və ya reeksport qaydası ilə Azərbaycana göndərilə bilər. Əgər bu mexanizm saxlanılarsa, köhnə avtomobillərin Gürcüstan bazarında satışı bitsə də, bizim bazara yönələn axın tam kəsilməyəcək.
Hazırda əsas sual qadağanın texniki tətbiq qaydasıdır. Məhdudiyyət sadəcə qeydiyyatla bitəcək, yoxsa fiziki olaraq ölkəyə girişi də əhatə edəcək? Qərarın yekun mətni dəqiqləşdikdən sonra həm fərdi alıcılar, həm də şirkətlər üçün vəziyyət aydınlaşacaq.
/Demokrat.az

Sosial       Tarix: 13 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq". xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. "Yaxı

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 31-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, hesabat tarixinə ABŞ dollarının manata nisbətdə məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avronun məzənnəs

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind


azerbaycan xeberleri son xeberler yeni xeberler maliyye xeberler bugun cebheden xeberler son xeberler 2026 son xeberler az