Bu qurumlara yeni səlahiyyətlər verildi - FƏRMAN
"İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" 29 dekabr 2015-ci il tarixli qanunun tətbiqi barədə" 15 fevral 2016-cı il tarixli və "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə" 23 fevral 2017-ci il tarixli fərmanlarında dəyişiklik edilib.
azxeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.
Fərmana əsasən, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qrant alınması (verilməsi) haqqında qanunvericiliyin pozulması maddəsi ilə bağlı səlahiyyətli qurumlar müəyyənləşib. Belə ki, qeyri-hökumət təşkilatlarının (QHT), xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının yerli filial və ya nümayəndəliklərinin və yaxud bankların "Qrant haqqında" qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmamış qrant alınması (verilməsi) haqqında müqavilələr (qərarlar) üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilməsi ilə bağlı işlərə fiziki şəxslərə, habelə bələdiyyələrə, bələdiyyə orqanlarına və dini qurumlar istisna olmaqla digər qeyri-kommersiya qurumlarına münasibətdə Ədliyyə Nazirliyi, banklara və digər ödəniş xidməti təchizatçılarına münasibətdə Azərbaycan Mərkəzi Bankı, digər kommersiya hüquqi şəxslərinə və publik hüquqi şəxslərə münasibətdə İqtisadiyyat Nazirliyi baxacaq.
Xidmetler [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq