Əsgər ölümü: hərbi həkim həbs olundu

Əsgər ölümü: hərbi həkim həbs olunduƏsgər ölümündə təqsirləndirilən hərbi həkim həbs olunub.
KONKRET.azAPA-ya istinadla xəbər verir ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin cərrahiyyə bölməsinin baş ordinatoru N.A-nın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Füzuli Hərbi Məhkəməsində hakim Əli Süleymanovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Hökmə əsasən, təqsirləndirilən şəxs 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Məhkəmə zərərçəkmiş tərəfin mülki iddiasını da təmin edib. Belə ki, təqsirləndirilən şəxs qarşı tərəfə maddi ziyana görə 6 000 manat, mənəvi ziyana görə isə 3 000 manat ödəməlidir.
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında baş verib.
İttihama görə, əsgər Əli İbrahimli özünü narahat hiss etdiyindən hərbi hissənin tibb məntəqəsinə müraciət edib. Növbətçi həkim tərəfindən müayinə olunduqdan sonra onda taxikardiya olduğu müəyyən edilib və başqa hərbi hissəyə təxliyə olunub.
Əsgər həmin hərbi hissənin cərrahiyyə bölməsinin baş ordinatoru N.A.-ya ürəyinin təxminən iki aydır ağrıdığını və tibb məntəqəsində müayinə zamanı onda taxikardiya aşkarlandığını bildirib.
Lakin təqsirləndirilən şəxs bu barədə aidiyyəti üzrə məlumat verməyib, klinik protokolun tələblərini pozub. Həmçinin zəruri müayinələr aparılmayıb. Həkim əsgərin yalnız təzyiqini ölçməklə kifayətlənib.
Təqsirləndirilən şəxs əsgərin təcili tibbi yardıma ehtiyacı olmasına baxmayaraq, onun xidmət etdiyi N saylı hərbi hissəyə qaytarılması barədə göstəriş verib. Hərbi hissəyə qayıtdıqdan qısa müddət sonra əsgərin səhhəti yenidən pisləşib. O, hospitala aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 342.1-1-ci (qulluq vəzifəsinə səhlənkar yanaşma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb və onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisə       Tarix: 19 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Eldar Azadov vəfat etdi

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rektorunun tədris-metodiki məsələlər üzrə məsləhətçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Eldar Həsənxan oğlu Azadov vəfat edib. xəbər verir ki, bu barədə UNEC-in Mətbua

Qardaşı tərəfindən qətlə yetirildiyi deyilən Gülarənin FOTOLARI

Noyabrın 17-də saat 15 radələrində Bakının Binəqədi rayonu ərazisində 23 yaşlı qadın qətlə yetirilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qətlə yetirilən qadın Gülarə Mehdiyevadır. Onun rəssamlıq fəaliyyət

Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi

Qara dənizdə Somali bayrağı altında üzən "BETUL 8" adlı yük gəmisi Bolqarıstan sahillərində batıb. -a istinadla xəbər verir ki, Rumıniyadan Misirə 3 min ton buğda daşıyan gəmidə 8 Türkiyə və 4 Azərbaycan vətəndaş

Nəvəsinin andiçməsindən sonra itkin düşən babanın meyiti tapıldı

Noyabrın 8-də Gəncə şəhərində yerləşən hərbi hissələrdən birində nəvəsinin andiçmə mərasimində iştirak etdikdən sonra itkin düşən Mirzəcan Səmid oğlu Hüseynovun meyiti tapılıb. KONKRET.azxəbər verir ki, "Qafqazinfo"nu

Qazi faciəvi şəkildə öldü

Vətən müharibəsi qazisi İsmayıl Hüseynzadə həyatını itirib. gününsəsi.info-ya istinadla xəbər verir ki, bu barədə onun qardaşı, xaricdə təhsil konsultantı Rüfət Hüseynzadə məlumat yayıb. O qeyd edib ki, İ.Hüseynzadə ötə

Gəncədə maşınlar toqquşdu - Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, hadisə Azərbaycan bayrağı küçəsində qeydə alınıb. Belə ki, "KİA" markalı avtomobillə "Toyota Prius" markalı maşın toqquşub. İlkin məlumat

Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olundu

Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub. KONKRET.azxəbər verir ki, Oğuzda polisin keçirdiyi profilaktik tədbir zamanı avtoxuliqanlıq edən sürücü İ. Məmmədov saxlanılıb. O, idarə etdiyi "VAZ-2106" markalı avtomobill

Dövlət Xidmətinin rayon şöbəsində insident: Çağırış vərəqəsini

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon Şöbəsində insident yaşanıb. -a istinadla xəbər verir ki, hadisə xidmətin inzibati binasında qeydə alınıb. 2007-ci il təvəllüdlü çağırışçı, Astara rayo

Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi

Füzulidə baş verən ağır yol qəzasında xəsarət alan 28 yaşlı qadının müalicəsi Bakıda davam etdiriləcək. -ın əldə etdiyi məlumata görə, qəza zamanı yaralanan 1998-ci il təvəllüdlü Mustafayeva Rəmziyə Mustafa qızı Sabunçu Tib


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeber az hava xabar az