İşə başlamamış pul alacaqlar – Yeni qərar
Fermerlər gələn ildən əkin subsidiyasının 30 faizini əkin işləri başa çatmamış, əvvəlcədən ala biləcəklər.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, kənd təsərrüfatı istehsalçılarının əkin mövsümündə ilkin maliyyə ehtiyaclarını qarşılamaq məqsədilə ölkədə ilk dəfə avans subsidiyası mexanizmi tətbiq edilir.
Aqrar Subsidiya Şurasının 2027-ci il üzrə qərarına əsasən, müəyyən edilmiş meyarlara cavab verən fermerlər gözlənilən əkin subsidiyasının 30 faizini avans şəklində əldə edə biləcəklər. Bunun üçün artıq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən müraciət imkanı yaradılıb.
Avans subsidiyasından istifadə etmək istəyən fermerlər payızlıq əkinlər üzrə noyabr ayının sonunadək, yazlıq əkinlər üzrə isə 2027-ci ilin fevral-mart aylarında əkin bəyanı ilə eyni vaxtda müraciət edə bilərlər.
Yeni mexanizmdən Aqrar Subsidiya Şurasının müəyyən etdiyi siyahıya daxil olan birillik bitkiləri becərən istehsalçılar yararlana biləcəklər. Siyahıya çəltik, qarğıdalı, darı, sorqo, buğda, arpa, çovdar, vələmir, qarabaşaq, noxud, lobya, mərci, günəbaxan, kartof, tərəvəz və bostan bitkiləri daxildir.
Bununla yanaşı, avans subsidiyası almaq istəyən fermerlərin EKTİS-də reytinqi 30 baldan yüksək olmalı, ümumi əkin sahəsi 5-100 hektar arasında dəyişməli və torpaq sahəsi üzrə çıxarışı olmalıdır. Həmçinin fermer həmin torpaq sahəsi üzrə yalnız bir əkin bəyanı təqdim etməlidir.
Müraciət prosesi tamamilə elektron qaydada həyata keçiriləcək. Fermerlər əkin sahələrini EKTİS-də bəyan etməli, torpaq sahələrinin koordinatlarını sistemə daxil etməlidirlər. Müraciətin təsdiqlənməsi üçün isə əkinə hazırlıq, yəni şum işlərinin aparılması müşahidə olunmalıdır.
Monitorinq müasir rəqəmsal texnologiyalar və süni intellekt vasitəsilə həyata keçiriləcək. Fermerlər elektron kabinetlərində şum işlərinin aparılıb-aparılmadığına dair süni zəka yoxlamalarının nəticələri, reytinq göstəriciləri və reytinqi yüksəltmək üçün tövsiyələrlə tanış ola biləcəklər.
Mexanizmə əsasən, gözlənilən əkin subsidiyasının 30 faizi əvvəlcədən ödəniləcək. Əkin faktı təsdiqləndikdən və digər zəruri prosedurlar tamamlandıqdan sonra subsidiyanın qalan 70 faizi növbəti il fermerin hesabına köçürüləcək.
Yeni mexanizmin əsas məqsədi fermerlərin toxum, gübrə, yanacaq və aqrotexniki xidmətlərə çəkdiyi ilkin xərcləri qarşılamaq, əkin prosesinin vaxtında və keyfiyyətli təşkilinə dəstək olmaqdır.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Başı ağrıyırmış, hamama gedib...' - Yataqxanada tələbənin ölümünün təfərrüat
Suraxanıda maşın yandı
Nəsimi rayonunda külək ağacı aşıraraq evin giriş-çıxışını bağlayıb, sakinlər təxliyə edilib
Saatlıq maaş sisteminə keçəcək ilk sahələr açıqlandı
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq