Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcəkAzərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək.
"Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, aşağıdakı hallardan biri olduqda saatlıq əməkhaqqı müəyyən ediləcək:
- siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş iqtisadi fəaliyyət növləri üzrə fəaliyyət göstərən müəssisələrdə və fiziki şəxs olan işəgötürənlərin yaratdığı iş yerlərində bir aydan az müddətə əmək müqaviləsi bağlanıldıqda:
- həftəlik iş vaxtının müddəti 20 saat və ya ondan az müəyyən edildikdə.
Büdcədən maliyyələşdirilən müəssisələrdə müəyyən edilmiş əməyin ödənilməsi sistemində nəzərdə tutulduğu təqdirdə, saatlıq əmək haqqının tətbiqinə yol veriləcək. Natamam iş vaxtı ilə işləyən və aylıq əmək haqqı alan işçilərin əmək haqqı müəyyən edilmiş vaxta mütənasib olaraq minimum aylıq əmək haqqı məbləğindən hesablanan məbləğdən aşağı ola bilməz.
Saatlıq əməkhaqqı müəyyən edilmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin hər iş saatına görə əmək haqqı minimum saatlıq əmək haqqı məbləğindən aşağı ola bilməz. Əmək haqqı saatlıq müəyyən edilən işçinin gündəlik iş vaxtının müddəti 1 saatdan az olduqda işçiyə ödənilən əmək haqqı minimum saatlıq əmək haqqından aşağı ola bilməz. İşçinin növbəti iş saatı 1 saatdan az olduqda həmin müddət də 1 saat kimi nəzərə alınmalı və ödənilməlidir.
Minimum saatlıq əmək haqqının məbləği minimum aylıq əmək haqqından hesablanan saatlıq tarif (vəzifə) maaşından yüksək məbləğdə müəyyən edilməlidir.
Saatlıq əmək haqqı müəyyən edilmiş işçilərə əmək haqqı əmək müqaviləsində nəzərdə tutulmuş vaxtda ödənilməlidir.
Qeyd edilib ki, işçilərin minimum yaşayış səviyyəsini təmin edən əməkhaqqının yaradılmasını hədəfləyən minimum əməkhaqqı bu gün bütün dünyada sosial siyasət alətlərindən biridir. Minimum əməkhaqqının tənzimlənməsi bir çox beynəlxalq təşkilatların, xüsusən də Beynəlxalq Əmək Təşkilatının həll etdiyi və diqqətdə saxladığı məsələlərdəndir.
Saatlıq minimum əməkhaqqı tam və natamam iş vaxtı rejimində işləyən İşçilərə əməyin ödənilməsində bərabər rəftarı təmin edir. Saatlıq minimum əməkhaqqı qısamüddətli müqavilə əsasında işə cəlb edilən və ya natamam iş saatında işləyən bəzi işçi kateqoriyaları üçün xüsusilə vacibdir. Bu gün Azərbaycan Respublikasının qanunvericiliyinə görə ölkəmizdə tətbiq olunan minimum əməkhaqqı aylıq dövrü əhatə edir və bu zaman da bəzi hallarda işçilərə əmək haqqının məbləği minimumdan aşağı olaraq ödənilir. Belə ki, mövcud əmək qanunvericiliyində işçilərin əməyı vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir və müxtəlif hallarda əməkhaqqının ödənilməsinin fərqli qaydaları nəzərdə tutulur (məsələn, müxtəlif işlər üzrə əmək funksiyası yerinə yetirilərkən əməyin ödənilməsi, peşələr əvəz edildikdə əməyin ödənilməsi, hasilat normaları yerinə yetirilmədikdə əməyin ödənilməsi, natamam iş vaxtında əməyin ödənilməsi qaydası və s.).
Bəzi kateqoriyalı işçilərə saatlıq minimum əməkhaqqının müəyyən edilməsi minimum əməkhaqqına daha çevik yanaşmanı, işçilər arasında bərabər münasibəti, işəgötürənlər tərəfindən əməkhaqqının hesablanması mexanizminin müəyyən edilməsi və sui-istifadə hallarının qarşısının alınmasını təmin edir və işçilərin gözlənilən standart iş həftəsindən fərqli olaraq, həqiqətən işlədikləri saatlara görə maaş almasına imkan yaradır.
Bu xüsusda əmək münasibətlərinin təkmilləşdirilməsi, əməkhaqqı sisteminin çevikliyinin artırılması və işçilər üçün minimum əməkhaqqı təminatlarının gücləndırılməsı məqsədilə Azərbaycan Respublikasının Əmək Məcəlləsina minimum saatlıq əməkhaqqı ila bağlı yeni normalar daxil edilib.
Dəyişikliklərə əsasən, qanunvericilikdə aylıq əməkhaqqı ilə yanaşı, saatlıq əməkhaqqı anlayışı da təsbit olunub. Bununla müəyyən iqtisadı fəaliyyət sahələrində çalışan işçilərin əməyinin saatlıq ödəniş sistemi əsasında tənzimlənməsi və hər işlənmiş saat uçun ödənilən əməkhaqqının ölkə üzrə müəyyən edilmiş minimum saatlıq əməkhaqqı məbləğindən aşağı olmamasının təmin edilməsi nəzərdə tutulur.
Eyni zamanda, Məcəllədə nəzərdə tutulan qaydada natamam iş vaxtı ilə işləyən və aylıq əməkhaqqı alan işçilərin əməkhaqqı müəyyən edilmiş vaxta mütənasib olaraq minimum aylıq əməkhaqqı məbləğindən hesablanan məbləğdən aşağı ola bilməməsi müəyyən edilir.
Saatlıq əməkhaqqı sisteminin tətbiq olunduğu iqtisadi fəaliyyət növlərinin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Siyahıya kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələrinin daxil edilməsi nəzərdə tutulur.
Müvafiq qaydalara əsasən, qeyd olunan sahələrdə fəaliyyət göstərən müəssisələrdə və fiziki şəxs olan işəgötürənlərin yaratdığı iş yerlərində əmək müqaviləsi bir aydan az müddətə bağlandıqda və ya iqtisadi fəaliyyət növündən asılı olmayaraq həftəlik iş vaxtı 20 saat və ya daha az müəyyən edildikdə saatlıq əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulur.
Yeni yanaşma xüsusilə qısamüddətli əmək müqavilələri ilə çalışan və natamam iş vaxtı rejimində işləyən şəxslərin əməkhaqqının faktiki işlənmiş vaxta uyğun hesablanmasına imkan yaradır. Eyni zamanda, hər işlənmiş saat üçün minimum ödəniş təminatının müəyyən edilməsi işçilərin hüquqlarının qorunmasına və əmək münasibətlərində şəffaflığın artırılmasına xidmət edir. Minimum saatlıq əməkhaqqı sisteminin tətbiqi əməkhaqqının müəyyən edilməsində daha çevik mexanizmin formalaşdırılmasına, əmək münasibətlərinin şəffaflığının artırılmasına və qabaqcıl beynəlxalq təcrübənin tətbiqinə töhfə verəcək.
Layihənin qəbul edilməsi dövlət büdcəsinə əlavə maliyyə yükü yaratmayacaq.
Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. / azxeber.com

İqtisadiyyat       Tarix: 18 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizmin tətbiqi nəzərdə tutulur. Belə ki, yeni mexanizmə əsasən, işçilərə əməkhaqqı və digər ödənişlərin elektron sistem vasitəsilə həyata keçirilməsi planlaşdırılır

Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!  

Azercell-in 30 illik yubileyinə həsr olunan "30 il səninlə" lotereyası davam edir. Abunəçilərə dəyərli hədiyyələr qazanmaq fürsəti yaradan lotereya çərçivəsində fakturalı xətt abunəçiləri qarşıdakı tirajlarda ümumilikd

"Azərsun Holdinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir

"AzərsunHoldinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir. Ölkəmizdə ərzaqtəminatının gücləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə töhfəverən "Azərsun Holdinq" yerli fermerlərdə

Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini açıqladı

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" 2025-ci il ərzində dayanıqlılıq istiqamətində əldə etdiyi nəticələri, həyata keçirdiyi layihələr

Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi

Qanlı Gölün yeni həyatı: "Kristal" göl ətrafınımüasir istirahət məkanına çevirəcək. Bakının Yasamal rayonunda yerləşən Qanlıgölün ətrafında genişmiqyaslı abadlaşdırma və yenidənqurma layihəsinin icrasınabaşlanılıb

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus

Birbank Taksit kartı sahibləri noyabr ayında alış-verişlərindən əlavə 5% bonus qazana biləcəklər. Belə ki, 1–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 30 AZN və daha çox məbləğd

IMF: Azərbaycan, Qazaxıstan və Türkmənistan geosiyasi çağırışlar fonunda fayda əldə edəcək

Potensial geosiyasi və iqtisadi risklər Mərkəzi Asiya regionunun neft ixrac edən ölkələrinə, ilk növbədə, Azərbaycan, Qazaxıstan və Türkmənistana müsbət təsir göstərəcək. xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF

Gələn ildən gəlir vergisi bu qədər olacaq

Gələn il yanvarın 1-dən fiziki şəxslərin aylıq gəlirlərindən tutulan gəlir vergisinin dərəcələri artırılır. xəbər verir ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, yeni vergi dərəcələri 2027-ci il yanvarın 1-dən 2028-c

Bu ərazilərdə pensiyalar ödənildi

Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib.  . Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. . Bildirilib ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini


yeni xeberler azerbaycan xeberleri son xeberler havanın temperaturu xeber.az hava haqqinda kriminal