Eşqinin ifadəsi məlum oldu: 'Barışmaq üçün getmişdim

Eşqinin ifadəsi məlum oldu: 'Barışmaq üçün getmişdimXəbər verdiyimiz kimi tanınmış müğənni Rəqsanə İsmayılovanın qızı Aysunun şikayəti əsasında onun keçmiş həyat yoldaşı Eşqin Cəlilov həbs edilib.
azxeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, o, İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə) maddəsi ilə yanaşı 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə də təqsirləndirilib.
Dünən Nəsimi Rayon Məhkəməsində barəsindəki protokola baxılan Goranboy rayon sakini, 1993-cü il təvəllüdlü Eşqin Cəlilov hadisənin təfərrüatı ilə bağlı danışıb. O, ifadəsində gözəllik salonuna Aysunla barışmaq üçün getdiyini deyib: "1 il əvvəl Aysunla ailə həyatı qurmuşdum. Lakin 2023-cü ilin may ayının əvvəllərində Aysun Cəlilovadan boşandım. 27 aprel 2023-cü il tarixdə Aysunla birgə icarə əsasında işlətdiyimiz Nəsimi rayonu ərazisində yerləşən "Aysun İsmayılova boutique atelye beauty center" adlı obyektə getmişdim. Orada olarkən Aysun Cəlilova ilə ünsiyyət yaratdım. Lakin həmin vaxt Aysun mənə qarşı nalayiq ifadələr işlətdi və həmin ifadələrdən hiddətləndiyimə görə özümə məxsus olan otaqda Aysunla birgə çəkilmiş fotomuzu vurub sındırdım. Lakin həmin vaxt işçilərin ünvanına hər hansı nalayiq ifadə işlətməmişəm. Daha sonra ortaq istifadə etdiyimiz noutbuku içərisində mənə məxsus olan şəxsi məlumatları köçürmək məqsədilə götürərək obyekti tərk etdim. Daha sonra özümə məxsus olan məlumatları götürdükdən sonra həmin noutbuku vəkilim vasitəsilə geri qaytardım.
Daha sonra Aysun Cəlilova ilə münasibətləri aydınlaşdırmaq və yenidən barışıq əldə etmək üçün onunla əlaqə yaratmağa çalışsam da, səylərim nəticəsiz qaldı. Sonra polis əməkdaşları tərəfindən polis bölməsinə izahatımın alınması məqsədilə dəvət olundum. Mayın 24-də saat təxminən 16:00 radələrində polis bölməsinə getdim və orada izahatım alınaraq barəmdə protokol tərtib olundu. Halbuki tərəfimdən hər hansı nalayiq ifadə işlədilməyib, Aysun Cəlilovaya hər hansı xəsarət yetirilməyib. Məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş edirəm".
Zərərçəkmiş şəxs qismində izahat verən Aysun Cəlilova isə boşandıqdan sonra Eşqinin mübahisələr yaratdığını bildirib. O, Eşqinin ilk dəfə 27 apreldə adıçəkilə salona gələrək digər şəxsləri təhqir etdiyinin, nəticədə müştərilərin obyekti tərk etdiyini bildirib: "Növbəti dəfə isə 07 may 2023-cü il tarixdə Eşqin yenidən gözəllik salonuna gəldi, orada yenə təhqirlər səsləndirərək qolumdan tutaraq itələməyə başladı və xəsarət yetirdi. Bununla kifayətlənməyərək masaüstü noutbuku da götürərək obyekti tərk etdi".
Ekspertizanın 24 may tarixli rəyində Aysunun sağ əlində xəsarətin olması və bu xəsarətin mayın 7-də əmələ gələ bilməsi qeyd edilib.
Məhkəmənin qərarı ilə Eşqin Cəlilova 30 sutka müddətinə inzibati həbs cəzası verilib.

Şou Biznes       Tarix: 26 may 2023
f Paylaş

Oxşar xəbərlər

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

Türkiyədə məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində saxlanılan aktrisa Çağla Bozun narkotik testi ilə bağlı nəticə açıqlanıb. Türkiyə mediası xəbər verir ki, əməliyyat zamanı aralarında aktrisa Çağla Bozu

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri


yeni xeberler son xeberler azerbaycan xeberleri beynelxalq bank mezenne valyuta mezennesi 2026 sonxəbərlər zelzele