Estoniyalı futbolçular Azərbaycanla oyundan danışdılar

Estoniyalı futbolçular Azərbaycanla oyundan danışdılar"Azərbaycan millisi asan rəqib deyil, amma evdə bu komandanı məğlub etməli idik. Bunun layiqli qələbə olduğunu deyə bilmərəm, amma düşünürəm ki, yaxşı nəticə üçün əlimizdən gələn hər şeyi etdik".
KONKRET.az xəbər verir ki, bu sözləri Estoniya millisinin futbolçusu Vlasi Sinyavski UEFA Millətlər Liqasının III turu çərçivəsində Tallində Azərbaycan yığmasına 3:1 hesabı ilə qalib gəldikləri oyunla bağlı danışarkən deyib.
Estoniyanın ikinci qolunun müəllifi əllərinə düşən fürsətlərdən yaxşı istifadə etdiklərini bildirib: "Rəqib qarşısında imkanlarımız çox deyildi. Buna baxmayaraq, mübarizə apardıq. Düşünürəm ki, belə matçlarda xallar qazanmaq çox önəmlidir".
Estoniya millisinin digər üzvü Rokko Robert Şeynin sözlərinə görə, qələbə komandasının dinamik oyunu sayəsində əldə olunub: "İlk 20 dəqiqədə üstünlük Azərbaycanda idi. Lakin biz oyuna sakitcə qoşulduq və qol vurduq. Çox əziyyət çəkdik. Azərbaycan penalti qolu ilə hesabı bərabərləşdirsə də, dərhal rəqibin qapısına yol taparaq önə keçdik. Fikrimcə, bu, görüşün taleyinin həll olunmasında vacib rol oynadı. Sinyavskinin ilk hissənin sonlarında vurduğu qol ikinci yarıya daha inamlı başlamağımıza kömək etdi, futbolçularda əlavə stimul yaratdı. Fasiləyə yollandığımız zaman paltardəyişmə otağında da bunu hiss etmək olurdu. Məşqçilər taktikada müəyyən dəyişikliklər etdilər. Bunun sayəsində yaxşı təzyiq göstərdik. Azarkeşlərin dəstəyi bizə daha çox enerji verdi".
Yarımmüdafiəçi Yoan Yakovlyov oyuna yaxşı adaptasiya olduqlarını söyləyib: "Qarşılaşmadan öncə azərbaycanlıların 4-lü müdafiə xətti ilə oynayacaqlarını düşünürdük. Amma dəyişiklik etdiklərini gördük. Təbii ki, bu da işimizi çətinləşdirdi. Lakin bunun öhdəsindən layiqincə gəldik və öz oyunumuzu göstərdik. Rəqibin təzyiqinə tap gətirməyi bacardıq. Bərabərlik qolundan sonra özümüzü itirmədik. Dərhal hesabda önə keçdik. Qol vurmağımda mənə kömək etdiyi üçün komanda yoldaşım Henri Anyerə minnətdaram".
Yığmanın kapitanı Karol Mets isə matçdan öncə Azərbaycan millisini yaxşı analiz etdiklərini vurğulayıb: "Görüşə çox yaxşı hazırlaşmışdıq. Rəqiblə bağlı bir çox təhlillər aparıldı. Onların necə pressinq etdiklərini bilirdik. Qalib gəlməyi çox istəyirdik və düşünürəm ki, bu, oyunçuların bədən dilində belə özünü büruzə verirdi. Qapımıza vurulan penalti qolundan sonra özümüzü itirmədik. Bu, çox yaxşı haldır. Təqdirəlayiq oyun və müsbət nəticəyə görə xoşbəxtik".

İdman       Tarix: 12 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

Jesusdan Ronaldoya 3 cümlə ilə cavab

Portuqaliya millisinin baş məşqçisi Jorje Jesus komandanın ulduz futbolçusu Kristiano Ronaldonun qalmaqallı bəyanatına münasibət bildirib. -a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis hücumçunun açıqlamasına olduqc

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

Millimizə məğlubiyyətdən sonra istefaya göndərildi

Litva millisinin baş məşqçisi Edqaras Yankauskas vəzifəsindən ayrılıb. -a istinadla xəbər verir ki, bu barədə Litva Futbol Federasiyası (LFF) məlumat yayıb. Yankauskasın istefaya göndərilməsi haqda qərar onun iştirakı il

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən yeni xəbərlər qarabag valyuta cəbhədən son durum