Etibarnamə ilə avtomobil alanlara xəbərdarlıq - Əlinizdən alına bilər

Etibarnamə ilə avtomobil alanlara xəbərdarlıq - Əlinizdən alına bilərİkinci əl maşınlar satılarkən çox vaxt tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmır və satıcı alıcıya maşını idarə etməsi üçün etibarnamə verir. Daha sonra satıcının hansısa məhkəmə problemi olduqda, məsələn onun əmlakına həbs qoyulduqda həbs həmin avtomobilə yönləndirilir. Amma satıcı artıq maşını alıcıya satmış olsa da, arada bir yazılı alğı-satqı müqaviləsi olmadığına və maşın DYP-də alıcının adına keçirilmədiyinə görə, maşın hələ də rəsmi sənədlərdə satıcının adına olur.
Bəs bu problem necə həll olunmalıdır?
Məsələ ilə bağlı danışan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, baş inspektor, mayor Araz Əsgərli Referans.az-a açıqlamasında bildirib ki, etibarnamə verən şəxs əgər həmin əmlakı onun adına keçirməyibsə, o etibarnamə verənin adında qalır:
"Yəni əgər sabah həmin adam ölsə, boşansa, adamın banka borcu olsa, cinayət məsuliyyətinə cəlb olunsa və ya hər hansı bir mülki mübahisə yaransa, avtomobili etibarnamə ilə alan şəxs problem yaşayacaq. Buna görə də biz hər dəfə vətəndaşlara müraciət edirik ki, əmlakınızı öz adınıza keçirin ki, əlavə problemlər yaranmasın. Etibarnamə ilə alınan avtomobil sizin əmlakınız sayılmır".
Hüquqşünas Ramil Süleymanov Referans.az-a bildirib ki, daşınar və ya daşınmaz əmlakın şəxslər arasında bir birinə ötürülməsi yalnız alqı-satqı müqaviləsi əsasında həyata keçirilməlidir:
"Alqı-satqı müqaviləsi bağlanıldıqdan sonra müvafiq qeydin dövlət reyestrində qeydə alındığı andan həmin şəxsə həvalə olunmuş hesab olunur. Etibarnamə ilə hər hansı bir alqı-satqı əməliyyatının aparılması yalnız o halda nəzərdə tutukmuşdur ki, əmlakını digər bir şəxsin səlahiyyətinə etibar edən mülkiyyətçi həmin əmlakın yalnız tamamilə 3-cü şəxsə satışı üçün nəzərdə tutulmuş bir hərəkətlərin edilməsi icra edə bilər. Amma birmənalı şəxs hər hansı digər bir şəxsə etibarnamə verirsə, həmin şəxs əmlakı öz adına rəsmiləşdirə bilməz. Istənilən halda etibarnamə ilə alğı-satqının aparılması qanunvericiliklə yol verilmir".
Hüquqşünas qeyd edib ki, etibarnaməni vermiş şəxs çox qısa bir müddətdə, pulu aldıqdan sonra gedib həmin etibarnaməni notariusda ləğv elətdirə bilər. Onun sözlərinə görə, şəxs ləğv elətdirdiyi andan da həmin əmlak etibar olunan şəxsin əlindən alınmış hesab olunur: "Eyni zamanda etibar edən şəxsin gələcəkdə hər hansı bir borcu olduğu təqdirdə icra xidməti tərəfindən onun əmlakının müəyyən olunması ilə bağlı müvafiq sorğular verildikdə həmin əmlak şəxsin öz adına çıxır və əmlakın üzərinə həbs qoyula bilər və ya qeydiyyatla bağlı məhdudiyyət qoyulə bilər".
Bundan başqa şəxs boşunduğu zaman birgə nikah dövründə əldə olunmuş əmlakdırsa, bölünmə predmenti təşkil edir və nəticədə etibarnamə kimə verilmişdisə həmin şəxs öz əmlakından məhrum olunmuş olur - deyə Ramil Süleymanov əlavə edib. / azxeber.com

Sosial       Tarix: 03 noyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir


son xeberler yeni xeberler azerbaycan xeberleri xankendi sou biznes ensonxeberler en sonxeber