"Ever Given" problemi bitdi, gəmilərin hərəkəti BƏRPA OLUNDU
Altı günlük fasilədən sonra Süveyş kanalında hərəkət bərpa olunub.
Publika.az TASS-a istinadla xəbər verir ki, Bakı vaxtilə saat 22.00 radələrində ilk gəmilər kanal vasitəsilə Aralıq dənizinə daxil olublar.
Hazırda 400-dən çox gəminin kanalın qarşısında növbə gözlədiyi bildirilir.
Kanal idarəsinin rəisi Usama Rabianın sözlərinə görə, səhərədək 113 gəminin kanaldan keçməsi planlaşdırılır.
Bir neçə günə isə kanal ətrafındakı tıxacın aradan qaldırılacağı gözlənilir.
Xatırladaq ki, uzunluğu 400 metr, yükgötürmə qabiliyyəti təxminən 224 min ton olan gəmi Çindən Niderlanda yola düşüb və keçən çərşənbə axşamı kanalda saya oturaraq hərəkəti tam məhdudlaşdırıb. Bu gün səhər saatlarında "Ever Given" kanalda ilişdiyi yerdən çıxarılıb.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək