Evlənmək istəyən oğlan anasını DÖYDÜ

Evlənmək istəyən oğlan anasını DÖYDÜAstara rayonunda 1990-cı il təvəllüdlü Pərviz şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı anası Zəminəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın məlumatına görə, hadisə bu ilin avqustun 10-da Astara rayonunun kəndlərindən birində baş verib.
Pərviz həmin gün gecə saat 2 radələrində fərdi yaşayış evində anası Zəminə ilə aralarında olan ailə münasibətləri zəminində yaranmış mübahisə zamanı onun bədəninin müxtəlif nahiyələrinə əsa ilə qəsdən vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Pərviz barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərviz ona elan olunmuş ittihamla özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, zərərçəkmiş Zəminə onun anasıdır, bir həyətdə ayrı evlərdə yaşayırlar:
"Son dövrlərdə anamla evlənməyim ilə bağlı mübahisələrimiz yaranır. Avqustun 10-da, gecə saat 2 radələrində yaşadığım evə gəldim. Həmin vaxt sərxoş vəziyyətdə olmuşam. Evə gəldikdə anam Zəminə gec gəldiyim üçün mənimlə mübahisə etməyə başladı. Anama bildirdim ki, 35 yaşım var, uşaq deyiləm. Mübahisə zamanı yenə evlənməyim barədə söhbət açıldı. Evlənmək istədiyimi dedim. Anam isə mənim ailəyə baxa bilməyəcəyimi dedi. Anamın bu sözündən əsəbiləşdim və onun əlində olan əsanı alaraq bir neçə dəfə ayaq və bel nahiyələrindən vurdum".
İş üzrə zərərçəkmiş qismində ifadə verən Zəminənin sözlərinə görə, son dövrlərdə oğlu Pərviz spirtli içki içdiyi üçün onunla mübahisələri olur:
"Avqustun 10-da, gecə saat 2 radələrində Pərviz yenə içkili vəziyyətdə evə gəldi. Oğluma bunu irad bildirdim. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı oğlum hirslənərək əlimdəki əsanı götürdü, ayaq və bel nahiyələrimdən vurdu. Mübahisə bir neçə dəqiqə davam etdi. Münaqişə zamanı xəsarət aldım. Pərviz əsa ilə vuraraq mənə xəsarət yetirdi".
Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Pərviz cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət təqibinə xitam verilib. / konkret.az

Hadisə       Tarix: 17 oktyabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda 20 yaşlı oğlanı bıçaqladılar

Bakıda bıçaqlanma hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, hadisə bu gün gecə saat 02 radələrində qeydə alınıb. Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Əkbər Səbuhi oğlu Məmmədov kəsici-deşici xəsarətlərlə xəstəxanay

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə

Bakının əsas prospekti buna görə iflic oldu

Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində yük avtomobili texniki nasaz olması səbəbindən yolun hərəkətin hissəsində qalıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Ovçuluq təsərrüfatında güclü yanğın başladı

Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb. report-a istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb. Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatı

Salyanda ağır qəza: ölən var

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakin

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə zamanı rayonun Heydər Əliyev prospektində olub. Belə ki, "Kia" markalı avtomobil ilə "VAZ-2106" markalı avtomobil toqquşub. Hadis

Ödənişli yolda yük maşını aşdı - Ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda yol-nəqliyyat qəzasının baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb. KONKRET.azxəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Sumqayı

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler azerbaycan az xeber cəbhədən son görüntülər son xeberler bu gun