Evlərdən oğurluq edən şəxslər ələ keçdi
Hacıqabulda fərdi yaşayış evlərindən oğurluq edən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən oğurluq edən rayon sakini, əvvəllər məhkum olunmuş Vəli Zayidov saxlanılıb.
İlkin dindirilmə zamanı V.Zayidov cinayət əməlini etiraf edərək qeyd edilən oğurluq faktını tanışı İbrahim Şirinov ilə birlikdə törətdiyini bildirib. Aparılan araşdırmalar zamanı məlum olub ki, qabaqcadan əlbir olan tanışlar zərərçəkənə məxsus ünvana qanunsuz daxil olaraq oradan dəmir borular və digər tikinti materialları, avtomobil ehtiyat hissələri və 3 ədəd su matoru oğurlamaqla zərərçəkmişə 4600 manat maddi ziyan vurublar.
Oğurluq hadisəsində iştirak edən İ.Şirinovda müəyyən edilərək istintaqa cəlb olunub. Qanunsuz yolla əldə olunan "qənimətlərin" bir qismi maddi sübut kimi götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Kurslar.az kurslar [newsid: 0-123300]

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir