Eynulla Fətullayev Laçından paylaşımı ilə kimlərə mesaj verir? - TƏFƏRRÜAT

Eynulla Fətullayev Laçından paylaşımı ilə kimlərə mesaj verir? - TƏFƏRRÜATEynullah Fətullayev yenə qaş düzəltmək istədiyi yerdə vurub gözü də çıxardıb. Əslində burada təəccüblü bir şey yoxdur. Çünki Məşədi İbad demişkən, Eynulla bəy bu məsələdə bir növ adətkərdədir. Onun adətkərdəliyi isə özünü daha çox beynəlmiləlçi kimi göstərmək istəməsidir. Bəri başdan deyək ki, bu, dövlətçiliyimizə qarşı olduqca zərərli yanaşmadır.
Eynulla Fətullayev Laçından paylaşımı ilə kimlərə mesaj verir? - TƏFƏRRÜATDeməli, Eynulla Fətullayev bu gün Laçına növbəti dəfə səfər edib. Və səfər çərçivəsində adətinə uyğun olaraq selfi çəkdirib. Çəkdirdiyi selfini də özünün facebook səhifəsində paylaşıb. Bax, Eynulla bəy bu məqamda "çaşıb". Çaşmağı da belə olub ki, statusdakı şərhində Azərbaycan ərazisini göstərərək "o tərəf Ermənistan ərazisidir", – bildirib. Təbii ki, onun bu səbatsızlığını ilkin olaraq paylaşımını izləyən soydaşlarımız aşkar edib. Və ona qarşı haqlı iradlarını bildiriblər ki, çayın o tayı da Azərbaycan ərazisidir.
Sosial şəbəkə istifadəçilərinin haqlı iradları qarşısında geri çəkilən Fətullayev fikrinə düzəliş edib: "Qarşıdakı dağlar tərəfi Ermənistan ərazisidir".
Bax, indi gəldik türklər demiş, "zurnanın zırt dediyi yerə". Bilmədiyin məsələ haqqında danışmaq ayıb sayılır. Amma bilə-bilə səhv danışmaq artıq çox dərin və çirkin mətləblərdən xəbər verir. Və bu adamın son statusu da xeyli suallar və şübhələr doğurur.
Birincisi, Həkərinin də, Göyçənin də o tayı qədim Azərbaycan torpaqlarıdır. Və hər bir azərbaycanlı bunu kəlməbaşı deyir. 7-dən 77-dək hər bir azərbaycanlının bildiyi adi həqiqəti Eynulla bəyin bilməməsi xeyli təəccüb doğurur. Yəqin ki, Fətullayev də həqiqəti bilir. Amma bu cür ifadə etməyi daha məqsədəuyğun hesab edir. Ona görə ki, o, vətənpərvər yox, beynəlmiləlçidir. Belələri üçünsə inzibati ərazi vahidləri vacib deyil. Vacib olan xarici ölkədəki dostlarını razı salmasıdır. Əslində Eynulla Fətullayev bu paylaşımı da Qərbdəki dostları üçün edib. Yəni qızım sənə deyirəm, gəlinim sən eşit.
Burada ikinci böyük yanlışlıq ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya problemlərinin pik həddində Eynulla Fətullayev şəkil çəkib göstərir ki, çayın o tayı Ermənistan ərazisidir. Yəqin ki, çoxbilmiş erməni gədələri də artıq Eynulla bəyin paylaşımını çoxdan "skrın" ediblər. Və zamanı gələndə onu ortaya qoyacaqlar ki, Azərbaycanın ən populyar saytlarından birinin baş redaktoru da etiraf edir ki, buraların hamısı Ermənistan ərazisidir.
Bunları isə 30 ilə yaxın siyasi arenada olan Eynulla Fətullayev bilməmiş deyil. Sadəcə o, bu tip paylaşımları ilə beynəlmiləlçi imicinə yeni rəng qatmaq istəyir. Yoxsa Laçına havasını dəyişməyə gedən birisi niyə sərhədlərin dəqiqləşdirilməsi ilə məşğul olsun ki?!
Görünür, Eynulla Fətullayevə laçınlıların sevinci, azərbaycanlıların qüruru yox, ermənilərin və Qərbdəki bəzi dostlarının fikirləri və "malades"i daha vacibdir. Bunun başqa bir yozumu yoxdur. Zatən Eynullanın beynəlmiləl ruhu və erməni sevgisi dəyərli oxucularımıza çoxdan bəllidir. O, zaman-zaman bunu gizlətməyib.
Fətullayevin ermənilərə dombalan sevgisi və rəğbəti haqda heç nə danışmayacağıq. Çünki hər kəs onun bu şübhəli məhəbbətindən hər kəsin az-çox xəbəri var. Vaxtilə Fətullayev deyirdi ki, Xocalı soyqırımını azərbaycanlılar törədib. Erməni separatçılarından, səhv etmirəmsə, Qukasyandan müsahibə almışdı və onu qondarma respublikanın prezidenti kimi təqdim etmişdi. Hələ yadıma düşən budur…
Bəli, o, heç vaxt yumşaq desək, ermənilərə olan simpatiyasını gizlətməyib. Elə son paylaşım da bunun sübutudur.
KONKRET.az-ın ANALİTİK QRUPU

Siyasi       Tarix: 09 iyul 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər xeber.az 2026 sonxeberler cəbhədən son xəbərlər