Faiq Ağayev: "Gedib ayaqqabısını soyundurub ayaqlarını ovxalamalı idim? "
"20 il keçib heç kim çağırışıma cavab vermədi. Dedim ki, qucağımı açıram, heç bir şərtsiz gəlin, barışaq. Kim gəldi? Heç kim. Bir Aygün Kazımova ilə barışdıq".
Open.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev Samir Bayramlının aparıcısı olduğu "Söhbətsiz" verilişində deyib. Müğənni küsülü olduğu həmkarlarından bəhs edib:
"Niyə barışıq əli uzadım? Küsməyə, münasibətlərin pozulmasına səbəbi mən verməmişəm. Biri öz eqosuna, yekəbaşlığına qurban getdi. Birini toya sürpriz qonaq kimi çağırmışdılar, mən proqramda var idim. Qayıtdı ki, yox ey, qardaş, puldur. Mən də qayıtdım ki, sən 12 illik dostluğu yarım saatlıq pula dəyişirsən? Axırda Faiq Ağayev oxudu və o, pulsuz evə getdi.
Digəri, təzə münasibət qururdu, istəmədi gələcək həyat yoldaşının yanında öpüm. Halbuki biz gündə öpüşürdük, Bu isə həyat yoldaşı üçün belə bir tablo yaradıb ki, toxunulmazdır.
Biri də ad günündə idim, hamı başıma yığışmışdı. Gəldi, dönüb salamlaşdım. Bir də baxdım yoxdur, soruşuram hardadır? Dedilər, küsdü ki, Faiq Ağayev mənə hörmətsizlik etdi. Nə etməli idim? Gedib ayaqqabısını soyundurub ayaqlarını ovxalamalı idim?
Mənim günahım nədir onlarla barışım? Loxam? Alnıma loxluq yazılmayıb. Onların alnına "loxluq" yazılıb".
Qeyd edək ki, F.Ağayev həmkarları Tünzalə Ağayeva, Zülfiyyə Xanbabayeva və Brilliant Dadaşova ilə illərdir küsülüdür. (Axşam.az) /open.az

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq