"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi

Türkiyənin "Fənərbaxça" klubu Azərbaycanın "Sabah" komandasının baş məşqçisi Valdas Dambrauskası İstanbul təmsilçisinin sükanı arxasına gətirmək üçün danışıqlara başlayıb.
KONKRET.az  xəbər verir ki, bu barədə İtaliyanın nüfuzlu "TuttoMercatoWeb" nəşri məlumat yayıb.
Nəşrin jurnalisti Alessio Alaimonun məlumatına görə, İstanbul klubu 49 yaşlı litvalı mütəxəssislə intensiv danışıqlar aparır. Tərəflər arasında 2029-cu ilə qədər qüvvədə olacaq üçillik müqavilənin bağlanması müzakirə olunur.
Məlumata əsasən, danışıqlar artıq irəliləmiş mərhələdədir və yaxın vaxtlarda yekun razılaşmanın əldə olunması mümkündür.
"Fənərbaxça"nın yeni baş məşqçi axtarışına başlamasına İsmayıl Kartalın istefası səbəb olub. Türkiyəli mütəxəssis vəzifəyə təyin edilməsindən cəmi dörd ay sonra komandadan ayrılıb. Onun rəhbərliyi altında İstanbul təmsilçisi 18 oyun keçirib və hər matçda orta hesabla 1,78 xal toplayıb.
Hazırda "Fənərbaxça"nın baş məşqçisi vəzifəsini müvəqqəti olaraq niderlandlı Dirk Kuyt yerinə yetirir. Dambrauskasla razılıq əldə olunmayacağı təqdirdə Kuyt əsas alternativ namizəd hesab edilir.
Valdas Dambrauskas 2025-ci ilin iyununda "Sabah"ın baş məşqçisi təyin olunub. Azərbaycan klubu onunla 2028-ci ilin yayına qədər nəzərdə tutulan üçillik müqavilə imzalayıb.
Litvalı mütəxəssisin rəhbərliyi altında "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanaraq tarixində ilk dəfə bu turnirdə iştirak etmək hüququ əldə edib.
Dambrauskas məşqçilik karyerası ərzində Litvanın "Jalqiris", Latviyanın RFS, Xorvatiyanın "Hayduk", Bolqarıstanın "Ludoqorets", Yunanıstanın OFİ və digər klublarında çalışıb.

İdman       Tarix: 02 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi

"Bavariya" futbol klubunun baş məşqçisi, belçikalı Vensan Kompani hərtərəfli müayinədən keçəcək və həkimlərin nəzarəti altında qalacaq. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Vensa

"Sabah" mövsümdə ilk dəfə uduzdu

"Sabah" Azərbaycan Premyer Liqasının cari mövsümündə ilk dəfə məğlub olub. KONKRET.azxəbər verir ki, Valdas Dambrauskasın komandası səfərdə "Turan Tovuz"a 2:3 hesabı ilə uduzub. "Turan Tovuz"

Bakıda FIFA DÇ həyəcanı başlayır

Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək. xəbər verir ki, tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev sahibliyi edəcək. Dünya çempionatında 189 ölkənin iştirak

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR

Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında İsrail yığmasını məğlub edib. bildirir ki, Famil Xəlilovun baş məşqçi olduğu komanda rəqibinə 3:1 hesabı ilə qalib gəlib. Xatırladaq ki, U-15 millimi

İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR 

FIFA prezidenti Canni İnfantino Bakıda U-15 dünya çempionatı və festivalının təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. xəbər verir ki, o, bununla bağlı İnstaqram hesabında paylaşım edib. Canni İnfantin

İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi

"Fənərbaxça" baş məşqçi İsmail Kartal ilə yollarını ayırdığını bildirib. xəbər verir ki, bu barədə İstanbul klubunun yaydığı rəsmi bəyanatda qeyd olunub:. "Baş məşqçimiz İsmail Kartal vəzifəsindən ayrılma

Millimiz bu gün iki oyun keçirəcək

Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatında bu gün növbəti oyunlarını keçirəcək. xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv eyni gündə 2 matça çıxacaq. Yığma əvvəlcə saat 12:45-d

İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu

Bu gün Türkiyə Super Liqasında IX turun mərkəzi qarşılaşması keçirilib. xəbər verir ki, İstanbul derbisində "Qalatasaray" doğma meydanda əzəli rəqibi "Fənərbaxça"nı qəbul edib. "RAMS Park" stadionund


yeni xeberler son xeberler azerbaycan xeberleri azerbaycanda son xeberler son xeber.az cəbhədən son durum bu gunun xeberleri