Fərid həyat yoldaşını və 8 aylıq körpəsini niyə öldürüb? - Qonşular danışdı
"Fərid çox tərbiyəli oğlan idi. Elə ailəsi də. 2008-ci ildən burada yaşayırlar. Çox mehriban ailə idilər. Heç vaxt Fəriddən də, ailəsindən də səhv hərəkət görməmişik".
azxeber.com xəbər verir ki, bu sözləri News24.az-a 20 yaşlı həyat yoldaşını və 8 aylıq körpəsini qətlə yetirən Fərid Hüseynlinin qonşuları danışıb.
Onlar bildiriblər ki, Fərid taksi fəaliyyəti ilə məşğul olurdu: "İşə gedib evə gəlirdi. Nə pis vərdişi var idi, nə də ki psixoloji problemi. Eşidəndə heç inanmaqdıq ki, bu ailədə belə hadisə baş verər. Çünki çox yaxşı ailə olub. Qətlin niyə törədildiyini bilmirik. Qızı da heç vaxt küçədə-bayırda görmürdük. Fərid komadadır, oyansa, hər şey aydın olacaq. Heç bir ata övladını öldürməz, hər şey üzə çıxacaq".
Xatırladaq ki, dəhşətli hadisə Hökməli qəsəbəsində baş verib. İddiaya görə, Fərid Hüseynli ilk olaraq həyat yoldaşı 2003-cü il təvəllüdlü Leyla Hüseynliyə bir neçə bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Bıçaq zərbələrindən biri həyat yoldaşının qucağında olan 8 aylıq qızı Aliyə Hüseynliyə dəyib. Körpə xəstəxanaya aparılarkən yolda keçinib. Fərid Hüseynli daha sonra əlində olan bıçaqla öz qarın boşluğuna ağır zərbələr endirib. Xəstəxanadan verilən məlumata görə, Fərid Hüseynli 4 litr qan itirib və vəziyyəti kafidir. Qətlin qıqanclıq zəminində törədildiyi ehtimal edilir.
Faktla bağlı cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi