Feysbuk şirkəti Baydenə CAVAB VERDİ

Feysbuk şirkəti Baydenə CAVAB VERDİFeysbuk şirkəti ABŞ Prezidenti Co Baydenin sosial media platformalarının COVID-19 pandemiyası ilə bağlı səhv məlumatlar paylaşaraq "insanları öldürməsilə" əlaqədar sözlərinə cavab verib.
Publika.az xəbər verir ki, Feysbuk rəsmisi Qay Rozen Baydenin iddiasına bloq yazısı ilə cavab verib:
"Fakt budur ki, ABŞ-da Feysbuk istifadəçiləri arasında peyvənd etdirənlərin sayı artıb. Bu və digər faktlar rəhbərliyin son günlər irəli sürdüyü iddialarla müqayisədə çox fərqli bir hekayə ortaya qoyur".
Feysbukun 2020-ci ilin aprel ayından etibarən istifadəçilərini araşdırmaq üçün Karnegi Mellon Universiteti və Merilend Universiteti ilə birgə fəaliyyət göstərdiyini vurğulayan Rozen "ABŞ-da Feysbuk istifadəçiləri üçün peyvənd tərəddüdü 50% azaldı və hər keçən gün daha çox vaksin vurdururlar", - deyə qeyd edib.
Baydenin 4 iyul tarixinə qədər ölkədəki yetkin şəxslərin 70 faizinin peyvənd olunma hədəfinə çatacağı vədinə toxunan Rozen bildirib ki, nəticələr ABŞ-da Feysbuk istifadəçilərinin 85 faizinin COVID-19 peyvəndi vurdurduğunu və ya vaksin olunmaq istədiyini göstərir.
Onun sözlərinə görə, Feysbuk Baydenin bu hədəfinə çatmamasına səbəb deyil.
Qeyd edək ki, ABŞ-da bu günədək 56% yetkin şəxs peyvənd olunub. Nəticənin aşağı olduğunu deyən Co Bayden Feysbukun "insanları öldürdüyünü" iddia edib.

Dünya       Tarix: 18 iyul 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Moskvadan Bakı və İrəvanla bağlı KRİTİK AÇIQLAMA: "Vahid paket tamamlanır"

"İrəvanla Bakı arasında kommunikasiyanın açılmasına dair vahid sənədlər paketi tamamlanma mərhələsindədir". xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Borrel Donbasa gedəcək - Təmas xəttində

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya səfər edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir. Ali komissarın 4-6 yanva

Haitinin Baş nazirinə sui-qəsd cəhdi oldu

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. "Telesur" kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib

ABŞ 20-dən çox rus PUA-sını vurdu

Suriya və Ukrayna üzərində uçan rus istehsalı "Lancet" pilotsuz aparatları naməlum silahlarla vurulub. -a istinadla xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Rusiyanın PUA texnologiyasını öyrənmək istəyə

2021-ci ilin ən DƏHŞƏTLİ MÜHARİBƏLƏRİ: yüz minlərlə ölü... - SİYAHI

2021-ci ildə baş verən müharibələr yüz minlərlə insanın ölümünə səbəb olub. ABŞ-ın savaş qurbanlarının sayına görə "Müharibə Statistikaları Analitik Mərkəzi"nin sıraladığı və yayımladığı siyahını təqdim edir:. Birinc

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb

Rusiya qırıcıları İdlibi bombaladı

10 ildən artıqdır ki, zorakılıq və xaosun davam etdiyi Suriya yeni ildə qarşıdurmalara və hücumlara səhnə olur. "Reuters" Rusiya qırıcılarının ötən gecə İdlibi bombaladığı barədə xəbər yayıb. xəbər verir ki, "Reuters"

Qazaxıstanda GƏRGİN GECƏ: etirazçılar polisi döydülər, maşınlara OD VURDULAR - VİDEO

Almatıda Respublika meydanında etirazçılar polis əməkdaşını döyüb və hüquq-mühafizə orqanlarının əməkdaşlarının avtomobillərini yandırıblar. xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Bildirili

2021-ci ilin ən varlı 10 insanı - SİYAHI

"Bloomberg" 2021-ci ildə dünyanın ən varlı iş adamlarının siyahısını hazırlayıb. Pandemiyaya baxmayaraq onlar ötən il də maddi güclərini artırmağı bacarıblar. xəbər verir ki, siyahıda birinci "Tesla" v


son xeberler azerbaycan xeberleri yeni xeberler son xəbərlər xeberler bugun son xeberler az xabar az