Fəzail Ağamalı Prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcək

Fəzail Ağamalı Prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcək23 dekabr 2023-cü ildə Ana Vətən Partiyası VIII qurultayını keçirdi. Qurultayda 7 fevral 2023-cü il növbədənkənar Prezident seçkiləri və partiyanın nizamnaməsində dəyişikliklər haqqında məsələlər müzakirə olundu.
Birinci məsələ haqqında partiyanın sədri, millət vəkili Fəzail Ağamalı çıxış edərək, növbədənkənar Prezident seçkilərini zəruri edən amillər üzərində dayanaraq, seçkilərdə İlham Əliyevin namizədliyini irəli sürən Yeni Azərbaycan Partiyasının qərarını dəstəkləməyi ən doğru addım kimi qiymətləndirdi. Fəzail Ağamalının təklifi ətrafında Rəşadət Yaqublu, Günay Ağamalı, Nazim Muradəlizadə, Xaliq Şükürov, İradə Məlikzadə, Xalid Əliyev çıxışlarında İlham Əliyevin namizədliyini dəstəklədilər. Partiyanın sədri Fəzail Ağamalı və çıxış edənlər ölkədə gedən siyasi prosesləri, xüsusilə siyasi partiyaların mütləq əksəriyyətinin milli dövlətçiliyimiz üçün mühüm əhəmiyyət kəsb edən Prezident seçkilərində fəal iştirak etmək niyyətlərini müsbət qiymətləndirməklə bərabər, AXCP-nin seçkiləri "boykot" etmək kimi absurd və qeyri-real qərarını anti-milli və anarxist mövqe kimi qiymətləndirdilər və Əli Kərimovun ölkəmizə düşmən kəsilən antiazərbaycan qüvvələrinin içərisində yer alaraq, dövlətçiliyimizə qarşı düşmənçilik xəttini davam etdirməsini qətiyyətlə pislədilər.
Çıxış edənlər əminliklə bildirdilər ki, sosial bazası olmayan "sədrlik" etdiyi Partiyanın adından qanuna zidd istifadə edən Ə.Kərimovun məkrli niyyəti heç bir nəticə verməyəcək və Azərbaycan xalqı böyük siyasi fəallıqla 7 fevral 2024-cü il növbədənkənar Prezident seçkilərində iştirak edəcək, yüksək vətəndaşlıq mövqeyini ortaya qoyacaqdır.
Daha sonra qurultay partiyanın nizamnaməsinin yeni redaksiyasını qəbul etdi.
Qurultay Prezident seçkilərilə bağlı müzakirəyə yekun vuraraq, 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi yekdilliklə qəbul etdi. / azxeber.com

Sosial       Tarix: 23 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal bugun bu gune olan xeberler havanın temperaturu cəbhədən video