FHN: "Partlayışın təsirindən hadisənin baş verdiyi mərtəbədə bütün mənzillər tamamilə dağılıb"
"Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış nəticəsində 17 mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yerləşən bütün mənzillər partlayışın təsirindən tamamilə dağılıb".
KONKRET.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Əkbər Novruzov deyib.
Onun sözlərinə görə, partlayışın baş vermə səbəbləri ilə bağlı həm FHN, həm də digər hüquq-mühafizə orqanlarının əməliyyat istintaq qrupları hadisə yerində təhqiqat işləri aparır.
Ə.Novruzov bildirib ki, həmçinin partlayışın təsirindən 16-cı mərtəbədə bir mənzilin qapısı və liftlər tamamilə sıradan çıxıb. O vurğulayıb ki, eyni zamanda təxliyə yollarında və pilləkən qəfəslərində çatlar əmələ gəlib.
Qeyd edək ki, bu gün saat 16 radələrində Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, partlayış məişət qazının sızması nəticəsində baş verib. Hadisə nəticədə bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Hazırda FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülür.
Kurslar.az kurslar [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır