FHN partlayışla bağlı daha bir məlumat yaydı - YENİLƏNİB / VİDEO

FHN partlayışla bağlı daha bir məlumat yaydı - YENİLƏNİB / VİDEOXırdalanda partlayış baş verən ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin sektor müdiri Ehtiram Xəlilov bildirib.
"Fövqəladə Hallar Nazirliyinin 112 saylı qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış olması barədə məlumat daxil olub. Dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilib. Binanın sakinləri təhlükəsiz əraziyə təxliyə olunublar. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir".
O, qeyd edib ki, hadisə nəticəsində 4 nəfər xəsarət alıb: "İki nəfər yanıq xəsarəti alıb, 1 nəfər tüstüdən boğulub, daha 1 nəfər travmatik xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Binaya və ərazidəki avtomobillərə dəyən zərər aidiyyəti qurumlar tərəfindən araşdırılır".
23:44
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasında yaralananların adları məlum olub.
KONKRET.az xəbər verir ki, həmin partlayış nəticəsində xəsarət alanların adları aşağıda qeyd olunub:
Həsənzadə Cavid Zaur (1981-ci il təvəllüdlü), Əhmədov Orxan Fərhad (1986-ci il təvəllüdlü). Onlar baş, boyun, hər iki yuxarı və aşagı ətrafların 2-3-cü dərəcəli termiki yanıgı ilə Yanıq Mərkəzinə yerləşdirilib.
Əhmədov Fuad Bəyoğlan oğlu (1991-ci il təvəllüdlü), vəziyyəti orta ağır olaraq qiymətləndirlir. O, natamam yanıq məhsulları ilə zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Nuru Nurlan Yaşar oğlu (1997-ci il təvəllüdlü), vəziyyəti kafi olaraq qiymətləndirlir. O, baro travma diaqnozu ilə ambulator yardımdan sonra evə göndərilib.
23:13
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verməsi səbəbilə TƏBİB-in tabeliyində olan Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.
KONKRET.azxəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
İlkin məlumata görə, 1986-cı il təvəllüdlü və 1981-ci il təvəllüdlü iki nəfər (kişi) baş, boyun, hər iki yuxarı və aşağı ətrafların ikinci və üçüncü dərəcəli termiki yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinə yerləşdirilib.
Hazırda vəziyyətləri ağır stabildir.
22:45
Fövqəladə Hallar Nazirliyi Xırdalanda baş verən partlayışla bağlı məlumat yayıb.
Nazirlikdən KONKRET.az-a verilən xəbərə görə, qurumun "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verməsi barədə məlumat daxil olub.
Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.
Əlavə məlumat veriləcək.
22:18
Xırdalan şəhərində yaşayış binasında partlayış baş verib.
KONKRET.az xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən çoxmərtəbəli binanın birinci mərtəbəsində olub.
İlkin məlumata görə, hadisəyə qaz sızması səbəb olub.
Aidiyyəti qurumlar hadisə yerinə cəlb olunub.
Ətraflı məlumat veriləcək.

Hadisə       Tarix: 04 avqust 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq öldü

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq ölüb. xəbər verir ki, Buzovna qəsəbəsində 2024-cü il təvəllüdlü F.C evinin qarşısındakı su kanalına düşərək boğulub. F.C meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğ

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tər

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı

Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində batan ikinci balıqçının cəsədi dörd günlük axtarışlardan sonra tapılıb. xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb

Milyarderin oğlu dayanacaqda öldürüldü – FOTO

Yaponiyalı milyarder, SFCG maliyyə korporasiyasının qurucusu Kenşin Oşimanın oğlu Yoşihito Oşima Laosun paytaxtı Vyentyanda güllələnərək öldürülüb. -a istinadən xəbər verir ki, laoslu fəal Cozef Akaravonqun sözlərinə görə

Xalidə Gözəl vəfat etdi

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Allah rəhmət eləsin!

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, qəza şəhərin M.Maqomayev prospektində olub. Belə ki, "Hyundai" və "Chevrolet" markalı avtomobillər toqquşub. Qəza zamanı 2010-c


yeni xeberler son xeberler azerbaycan xeberleri cebheden xeberler xeber bu gune olan xeberler bugünki xəbərlər