FHN Ucardakı ağır yol qəzası ilə bağlı məlumat yaydı - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ucar rayonu, Qulubənd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
KONKRET.az xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Ucar rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 14 ədəd avtomobilin iştirakı ilə zəncirvari yol-qəza hadisəsi baş verib və vətəndaşlar deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər tərəfindən dörd nəfər xilas edilib, həyatını itirmiş bir nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***
Ucarda baş verən qəzada hələlik şəxsiyyəti dəqiqləşdirilməyən 1 kişi və 1 qadın ölüb.
KONKRET.az xəbər verir ki, hadisə zamanı xəsarət alan 12 nəfərin adları aşağıdakı kimidir:
1980-ci il təvəllüdlü Məmmədov uslan Mahmud oğlu,
2007-ci il təvəllüdlü Əliyeva Səbinə Vasif qızı,
1969-cu il təvəllüdlü Qasımov Mərdan Əkbər oğlu,
1960-cı il təvəllüdlü Əhmədov Şahid Yusif oğlu,
1963-cü il təvəllüdlü Abdulayeva Nəcibə İbrahim qızı,
1955-ci il təvəllüdlü Əliyev Əlövsət İlyas oğlu,
1983-cü il təvəllüdlü Hüseynov Aftandil Rəşid oğlu,
1981-ci il təvəllüdlü Bayramov Samir Rəhim oğlu,
1981-ci il təvəllüdlü Məmmədov Niyaməddin Mahmud oğlu,
1960-cı il təvəllüdlü Əliyeva Günəş Əli qızı,
2020-ci il təvəllüdlü Allahverdizadə Nəriman Taleh oğlu
1981-ci il təvəllüdlü Məmmədov Əlizamin Telman oğlu Ucar Rayon Xəstəxanasına yerləşdiriliblər.
İlkin yardım göstərildikdən sonra bütün zərərcəkənlər Göyçay Rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Bakıda kütləvi dava: bıçaqlananlar var