"Fikrimiz həm oyunda, həm də cəbhə bölgəsində olacaq" - Qurban Qurbanov

"Qarabağ" sabah Avropa Liqası qrup mərhələsinin ilk turunda Bakıda "Molde"ni qəbul edəcək.
KONKRET.azxəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
– Hamımıza məlumdur ki, cəbhə bölgəsində terrora qarşı mübarizə gedir. Şəhidlərimiz var, Allah rəhmət eləsin. Bəlkə də oyun barədə çox danışmağa ehtiyac yoxdur. Orada elə vəziyyət, biz oyundan danışırıq. Hər bir halda, matça hazırlaşmalıyıq. Çox ciddi rəqibə qarşı oynayırıq. Fikrimiz həm oyunda, həm də cəbhə bölgəsində olacaq.
– Sabahkı oyunda qalib gəlmək çətin olmayacaq?
– Bəlkə də uyğun deyildi oyunun Bakıda olması. Nəinki sabah, bütün oyunlarımızda şəhidlərimizi fikirləşmişik. Dəfələrlə demişəm ki, komandanın adı dəyərlidir. Çalışmışıq ki, adımızı qoruyub-saxlayaq. Sabah bəlkə futbolçulara hansısa psixoloji təsir ola bilər. İstər-istəməz belə olacaq. Belə hal olmuşdu, oyuna hazırlaşırdıq, bütün günü məlumatlar alırdıq. Nə qədər bacarırıq, cəbhədən xəbər alırıq. Sabah da belə olacaq. Bir saat əvvəl yaxşılığa doğru məlumat oldu. Amma rəsmi xəbəri gözləyirik. Çalışacağı ki, işimizə məsuliyyətlə yanaşaq. Yaxşı nəticə üçün inanıram ki, futbolçular hər şeyi edəcək.
– Rəqibin zəif nöqtlərini tam olaraq analiz edə bilmisiz?
– Zəif nöqtələri demək düzgün olmaz. Ümumən rəqibi analiz etmişik. "Molde" son vaxtlar bəlkə də meydanda ən intizamlı oyun göstərən rəqiblərdən biridir. Öz sistemlərini istəklə və düzgün yerinə yetirən komandadır. Bu rəqib meydanda heç bir boşluq verməyi xoşlamır. Sadəcə olaraq, biz maksimum çalışmalıyıq ki, rəqibi səhvə məcbur edək. Onda yaxşı nəticə əldə edə bilərik. Bunun üçün də böyük güc sərf etmək lazımdır.
– Bəhlul Mustafazadənin durumu necədir?
Sabah oyuna kimi bir məlumat verilməyəcək. Çünki hələ ağrıları var. Dünəndən bu günə fərq var. Həkimlərlə danışmışıq. Amma fakt olarq, bugünkü durumu bizi tam qane etmir. Sabah yenə baxacağıq. Məşqdə tam iştirak etdikdən sonra fikir bildirə bilərik.
– Üç il əvvəki və indiki "Molde" arasında hansı fərqlər var?
– Sistemləri fərqlidir. İndiki "Molde"nin futbolçuları daha inamlıdırlar. İlk oyundan sonra daha ətraflı məlumat verə biləcəm.
– Azarkeşlər düşünür ki, "Qarabağ" "Molde"dən qisas almalıdır. Siz nə fikirləşirsiz?
– Qisas fikrilə yanaşsaq, oyunumuza mane ola bilər. Rəqibin kimliyindən asılı olmayaraq, biz bu şansdan istifadə etmək istəyirik. Məqsədimiz minimum Avropa Liqasının qrupuna düşmək idi. Bacardıq bunu. Qarşıdakı oyunlarda istəyirik ki, inamlı nəticə və oyun göstərək. Sadəcə həmişə bu fikirlərdən narahat olmuşam, futbolçulara təsir edə bilər. Azarkeşlərə böyük hörmətlə yanaşmışıq, güvənmişik. Onlar bizdən həmişə uğur tələb edib. Bu da bizə əlavə motivasiya verib. Biz bütün oyunlarda, bütün rəqiblərə qarşı istəkli olsaq da, soyuqqanlı yanaşmalıyıq. İstəyərdik ki, qalib gələk. Bunun üçün bütün gücümüzü meydanda qoyacağıq. Azarkeşlərimizi sevindirmək üçün yaxşı oyun və yaxşı nəticə əldə etmək istəyirik.

İdman       Tarix: 20 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Messi millidə son oyununu keçirdi

Argentina millisinin əfsanəsi Lionel Messi yığmadakı karyerasını başa vurub. apa-ya istinadən xəbər verir ki, 39 yaşlı futbolçu milli komandada son matçını Beninə qarşı keçirib. Matç Argentinanın 3:0 hesablı qələbəsiylə baş

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi

Türkiyə milli komandasının və "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Güler İspaniya təmsilçsi ilə müqaviləsinin müddətini uzadıb. KONKRET.azxəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Roman

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən ən son xəbərlər havanın temperaturu xeberler azerbaycan son xəbərlər azərbaycanda