Fındığın qabığını atmayın - Canan Karatay faydalarından danışdı
Fındığın özü qədər qabıqları da faydalıdır.
KONKRET.az xəbər verir ki, Canan Karatayın tövsiyə etdiyi qidalardan biri olan fındığın qabıqları belə şəfalıdır.
Canan Karatay müsahibəsində çay və fındığın insan sağlamlığı üçün çox faydalı olduğunu ifadə edərək "Şəkər əlavə etmədən çoxlu çay için, fındıq yeyin", – deyə bildirib.
Onun sözlərinə görə, fındıq minerallar, vitaminlər, karbohidratlar və omeqa-3 ilə zəngindir.
"Bundan əlavə, fındığın qabığından hazırlanmış çay da çox vacibdir. Bu çay ən güclü antioksidantları ehtiva edir. Qaraciyər xəstəliklərində və qaraciyər damarlarının açılmasında faydalıdır. Yoğun bağırsaq və uşaqlıq yolunun iltihabına qarşı yaxşı təsir edir.
Fındıq qabıqlarının qaynadılıb suyunun içilməsi soyuqdəymə və qripə xeyirlidir; öskürəyi dayandırır; malyariya və epilepsiya zamanı xəstənin halını yaxşılaşdırır. Bu çayın qan təmizləyici təsiri də var.
Həmçinin bağırsaq florasını və ya ürək-damar sistemini qorumaq istəyənlər də fındığın qabığından faydalana bilərlər", – deyə C.Karatay vurğulayıb.
Çayın hazırlanması:
Bir ovuc təmizlənmiş fındıq qabığını götürüb qaynayan bir litr suya əlavə edin. Qarışığı on dəqiqə qaynatdıqdan sonra ocaqdan alın və daha on dəqiqə dəmlənməsini gözləyin.
Çayı stəkana süzdükdən sonra bal əlavə edə bilərsiniz.//Medicina.az
Xidmetler [newsid: 0-123300]

Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son beş ildə 3 dəfə artıb
Muraddan oğulları ilə bağlı paylaşım - FOTO
Prezidentlə xanımını belə yola saldılar - Tarixi kadrlar
Rus ordusu üç kəndi işğal etdi
Prezident ailəsinin İsmayıl Samani türbəsindən - Fotoları
Daha bir erməni əsgərin meyiti tapıldı
Qızılın qiyməti son üç ayın ən yüksək səviyyəsinə yüksəlib
Prezidentlər və xanımları İsmayıl Samani türbəsində
Göyçayda 40 yaşlı kişini ilan sancdı
Erməni leytenant Zəngəzurda çənəsindən vuruldu – Dostları deyir ki…
Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyuldu - FOTO
Prezident Zəngəzur dəhlizi barədə danışdı
İsmayıllıda iki maşın toqquşdu - Xəsarət alanlar var
"Tvente" Bakıya 150 azarkeşlə gələcək
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI