Finlandiyada Rusiya bayrağı YANDIRILDI
Helsinkidə Finlandiyanın Müstəqillik Günü münasibətilə keçirilən nümayiş zamanı Rusiya Federasiyasının bayrağı yandırılıb.
KONKRET.az xəbər verir ki, bununla bağlı Rusiya XİN etirazını bildirib və Finlandiyadan cavab tələb edib.
"Bu, dövlət rəmzinin təhqir olunması və qəbuledilməz hərəkətdir", – XİN-dən bildirilib.
Rəsmi Moskva tələbində vurğulayıb ki, cinayəti törədənlər məsuliyyətə cəlb olunmalı və bunun bir daha təkrarlanmaması üçün tədbirlər görülməlidir.
Xuraman Etibarlı,
KONKRET.az