Fırıldaqçılıqda günahlandırılan Neymar bəraət aldı
İspaniya prokurorları 2013-cü ildə "Santos"dan "Barselona"ya transfer zamanı fırıldaqçılıqda günahlandırılan braziliyalı hücumçu Neymara qarşı bütün ittihamları geri götürüblər.
KONKRET.az xəbər verir ki, oktyabrın 17-də başlayan məhkəmə prosesindən sonra forvard tam bəraət qazanıb. Bu iş üzrə digər şübhəli şəxslərlə bağlı da oxşar qərar qəbul edilib. Onların arasında futbolçu ilə yanaşı, onun valideynləri və "Barselona"nın keçmiş prezidenti Sandro Rosel də var.
Qeyd edək ki, hələ 2017-ci ildə Neymarın mühakimə olunacağı məlum olub. Futbolçunun hüquqlarının bir hissəsinə sahib olan DIS investisiya fondu 2013-cü ilin yayında braziliyalının yerli "Santos" klubundan "Barselona"ya transferi zamanı ödədiyi pulu tam olaraq geri almadığını bəyan edərək, Neymarın cəzalandırılmasını tələb edib.
Xatırladaq ki, Neymar dörd mövsümü "Barselona"da keçirib. Kataloniya komandasının tərkibində hücumçu ikiqat İspaniya çempionu olub və 2014/15 mövsümündə Çempionlar Liqasını qazanıb. 2017-ci ildə hücumçu PSJ-yə keçib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Bakıda yaşayış binasında uçqun
Cavid Ağaməliyev həbs edildi
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edildi
Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Hindistanın XİN rəhbəri Azərbaycana gəlir
Milli Məclis Fransadakı hadisələrlə bağlı BƏYANAT YAYDI
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək