Fitrə zəkatı nə qədər çıxarılmalıdır? - QMİ-dən açıqlama
"Qafqaz Müsəlmanları İdarəsi tövsiyə edir ki, hər ailədə adambaşına 10-15 manat fitrə zəkatı çıxarılsa, daha yaxşı olar".
Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.
"Hər bir ailə başçısı ailədə neçə nəfər varsa, onun sayına uyğun fitrə zəkatı çıxarmalıdır. Fitrə zəkatı ən çox istifadə olunan ərzaqdan 3 kq hesablanır. Ancaq fitrə zəkatının pul şəklində verilməsi daha məqsədəuyğundur. Nəticədə kasıb ailələr də həmin pulu öz ehtiyaclarına ödəyər. İnsanlar minimum ərzağın hesablanmasındansa, orta səviyyəni hesablasalar, daha yaxşı olar",- o qeyd edib.
F. Nurullayev deyib ki, fitrə zəkatını çıxarmaq vacibdir: "Oruc tutmayanlar da çıxarmalıdır. Amma maddi imkanı olmayan insanlar çıxarmır. Fitrə zəkatını bayram namazına qədər versələr, yaxşıdır. Bayram axşamından səhəri gün bayram namazına qədər fitrə zəkatı verilməlidir. Ancaq çatdıra bilməsələr, bayram namazından sonra da verə bilərlər". / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi