"FM Consulting"in direktoru: "Qiymətləndiricilər Palatasından gözləntilərimiz böyükdür

Azərbaycanda qiymətləndirmə sektoru keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Ölkəmiz dövlət müstəqilliyi əldə etdikdən sonra qiymətləndiricilərin fəaliyyətini tənzimləyən vahid mexanizmlər mövcud olmayıb. Bu da öz növbəsində qiymətəndirmə sektorunda müəyyən boşluqlara yol açıb. Bir neçə ay sonra isə Azərbaycanda Qiymətləndiricilər Palatası təsis olunacaq.
Qiymətləndiricilər Palatasının yaradılması ilə bağlı proses artıq başlayıb və bu, sektorda böyük dəyişikliklərin baş verəcəyindən xəbər verir. Qiymətləndirmə sahəsinin daha şəffaf və tənzimlənən bir sistemə keçid edəcəyi gözlənilir. Bu yeniliyin qiymətləndirmə bazarına, peşəkar mütəxəssislərə və işgüzar dairələrə hansı real təsirləri olacaq?
azxeber.com mövzu ətrafında Azərbaycanın tanınmış qiymətləndiricilərindən olan "FM Consulting" şirkətinin təsisçisi və direktoru, əmlak eksperti Nahid Həsənovla söhbətləşib.
– Qiymətləndirmə sektoru inqilabi dəyişikliyin astanasındadır. Qiymətləndiricilər Palatasının yaradılması qiymətləndirmə sektoruna hansı yeniliklər vəd edir? Bu dəyişikliklərin sektorda fəaliyyət göstərən şirkətlər və mütəxəssislər üçün gözlənilən təsirləri nədən ibarət olacaq?
– Qiymətləndiricilər Palatasının yaradılması qiymətləndirmə sektorunda özünütənzimləmə mexanizmləri formalaşdıracaq ki, bu da öz növbəsində bu günə qədər mövcud olan boşluqların və neqativ halların aradan qalxmasına səbəb olacaq. Məlumdur ki, Azərbaycanda qiymətləndiricilərin tənzimləmə mexanizmləri mövcud olmayıb. Məhz elə bu səbəbdən də uzun illər ərzində faktiki tənzimləmə siyasəti qiymətləndiricilərin ictimai birliyi tərəfindən həyata keçirilib. Heç şübhəsiz Qiymətləndiricilər Palatasının təsis edilməsi bu sektorda keyfiyyətcə yeni mərnhələyə keçidin təmin olunmasına və ciddi dəyişikliklərə gətirib çıxaracaq. Bununla da sektorda standartlaşma, keyfiyyət nəzarəti və peşəkarların hüquqlarının qorunması ön plana çıxacaq.
Palatanın yaradılması qiymətləndirmə sahəsində vahid standartların tətbiqinə, prosedurların şəffaf və eyni qaydalarla həyata keçirilməsinə şərait yaradacaq. Bu da qiymətləndirmələrin keyfiyyətini və etibarlılığını artıracaq. Qiymətləndiricilər üçün peşəkar təlim və sertifikatlaşdırma proqramları təşkil ediləcək ki, nəticədə mütəxəssislərin bacarıqları artaraq bazarda daha keyfiyyətli xidmət göstərilməsinə şərait yaradacaq. Eyni zamanda rəqabətli mühit hökm sürəcək. Standartların tətbiqi ilə bazardakı rəqabət daha sağlam hala gələcək. Yalnız yüksək peşəkarlıq səviyyəsinə malik olanlar sektorda fəaliyyətini davam etdirəcəklər. Palatanın bazar iştirakçıları üzərində nəzarət funksiyasını icra etməsi, qeyri-peşəkar və ya qanunsuz fəaliyyətlərin qarşısının alınmasında da mühüm rolu olacaq. Bu da bazarda şəffaflığı və etimadı artıracaq.
Müştəri hüquqlarının qorunması baxımından da yeni qurumun təsis edilməsi vacib amildir. Palata, müştərilərin hüquqlarını qorumağa yönəlmiş qaydalar və mexanizmlər tətbiq edərək xidmət keyfiyyətinin yüksəlməsini təmin edəcək. Bu, qiymətləndirici ilə müştəri arasında olan etimadı gücləndirəcək. Beynəlxalq əlaqələrin güclənməsi, beynəlxalq standartların tətbiqi, yerli qiymətləndiricilərin beynəlxalq bazarlara çıxışına və fəaliyyət imkanlarının artırılmasına zəmin yaradacaq. Bu dəyişikliklərin nəticəsində qiymətləndirmə sektoru daha tənzimlənmiş, peşəkar və şəffaf bir mühitə çevriləcək ki, bundan həm şirkətlər, həm də mütəxəssislər faydalanacaq, sektorun inkişaf perspektivləri yaranacaq. Bu mənada "Qiymətləndirmə fəaliyyət haqqında" qanunun qəbulu və Qiymətləndiricilər Palatasının yaradılmasını mühüm tarixi hadisə kimi qiymətləndirmək olar. Ölkə qiymətləndiriciləri olaraq Palatadan gözləntilərimiz böyükdür.
– Bu günə qədər qiymətləndiricilərin özünütənzimləmə mexanizmlərinin olmaması sektorda hansı problemlərə yol açıb və Palatanın yaradılması bu problemlərin həllinə necə töhfə verəcək?
– Qiymətləndiricilərin özünütənzimləmə mexanizmlərinin olmaması bir sıra problemlərə yol açır. Əsas problemlərdən biri keyfiyyətin qeyri-bərabərliyi ilə bağlıdır. Qiymətləndirmə xidmətlərinin keyfiyyəti müxtəlif ola bilər, çünki standartlara uyğunluğu təmin edən mexanizmlər yoxdur. Bu, müştərilərin və bizneslərin etibarını azalda bilər. O cümlədən peşəkar etikanın pozulması, sektorun reputasiyasının zədələnməsi, tələb və təklif subyektləri arasında mübahisəli vəziyyətlərin ortaya çıxması, rəqabət çatışmazlığı, peşəkar standartların və normativlərin çatışmazlığı, tətbiq edilməməsi nəticəsində qiymətləndirmə rəylərinin qeyri-bərabər və qeyri-dəqiq tərtibatı qiymətləndirmə sektorunun əsas problemlərindən biridir. Məhz elə bu səbəbdən də bəzən qiymətləndirmə şirkətləri və subyektləri ilə bağlı neqativ fikirlərin şahidi oluruq. Qiymətləndirmə mütəxəssisi olaraq qənaətim ondan ibarətdir ki, əsas problem özünüztənzimləmə və inzibati təsir mexanizmlərinin olmaması ilə bağlıdır. Hansı ki, "Qiymətləndirmə fəaliyyəti haqqında" yeni qanunun tələbinə müvafiq olaraq Qiymətləndiricilər Palatasının təsis edilməsi ilə bu problemləri aradan qalxacaq.
– Qiymətləndiricilərin peşəkar fəaliyyəti ilə bağlı yeni tənzimləmələr, lisenziyalaşdırma və sertifikatlaşdırma sistemində hansı dəyişikliklər gözlənilir? Sektorun peşəkar səviyyədə inkişafı üçün hansı tədbirlər görülməlidir?
– Qiymətləndiricilərin peşəkar fəaliyyəti ilə bağlı yeni tənzimləmələr, lisenziyalaşdırma və sertifikatlaşdırma sistemindəki dəyişikliklər, qiymətləndirmə sektorunda yüksək keyfiyyət və şəffaflığı təmin etmək məqsədi daşıyır. Palatanın formalaşması ilə qiymətləndiricilərin fəaliyyətlərini daha effektiv şəkildə idarə etmək üçün yeni tənzimləmə mexanizmləri tətbiq ediləcək ki, bu, sektorun standartlarına uyğunluğun təmin edilməsi üçün tələb olunan yeni qaydalar və prosedurları əhatə edəcək. Lisenziyalaşdırma və sertifikatlaşdırma ilə bağlı tələblər də yeni qanunda öz əksini tapıb. Oktyabrın ayının 27-də qiymətləndiricilərin müxtəlif istiqamətlər üzrə ilk peşə imtahanı keçiriləcək ki, müvəfəqiyyət qazanan ən azı 15 iştirakçı Qiymətləndiricilər Palatasını formalaşdıracaqlar. Bundan sonra isə qiymətləndirmə şirkətlərinin və subyektlərinin fəaliyyətini tənzimləyəcək əsasnamələrin qəbul ediləcəyi gözlənilir. Heç şübhəsiz bütün bunlar zamanla baş verəcək ki, qeyd etdiyim kimi, əsas məqsəd sektoru inkişaf etdirmək, müasir dövrün çağırışlarına uyğunlaşdırmaqdır. Peşəkar fəaliyyətin keyfiyyətini təmin etmək məqsədilə müntəzəm monitorinq və qiymətləndirmə sistemlərinin tətbiq olunması sektordakı vəziyyəti izləmək üçün nühüm amillərdən biri olacaq.
– "FM Consulting" şirkəti olaraq Palatanın fəaliyyətində iştirak səviyyəniz və bu prosesə faydalarınız nədən ibarət olacaq?
– Təvazökarlıqdan uzaq olsa da, söyləməliyəm ki, "FM Consulting" ölkəmizin aparıcı qiymətləndirmə şirkətlərindən və qiymətləndirmə bazarının əsas oyunçularından biridir. Maliyyə təsisatları, dövlət qurumları ilə partnyorluq müqaviləsi əsasında çalışırıq. Təbii ki, "FM Consulting" komandası olaraq qiymətləndiricilərin ilk peşə imtahanına hazırlaşırıq. Bununla yanaşı, qiymətləndirmə sektorunun inkişafı, yeni konfiqurasiyanın tələbinə uyğun olaraq Platanın formalaşdırılması və gələcək fəaliyyətinə yaxından dəstək vermək niyyətindəyik. Bu məqsədlə Qiymətləndiricilərin Təşəbbüs Qrupunu təsis etmək niyyətindəyik ki, əsas məqsədimiz sektorun tərəqqisi və Palatanın fəaliyyətinə dəstək verməkdir. Bununla yanaşı, Cənubi Qafqazda ilk dəfə olaraq vahid əmlak platforması tərəfimizdən istifadəyə veriləcək. "FM Consulting"in layihəsi olan bu platforma bazar subyektləri arasında sürətli informasiyaya əlçatanlığı təmin edəcək. Beynəlxalq tərəfdaşlarla əməkdaşlıq, partnyor şirkətlərlə sektorun inkişafına dair birgə fəaliyyətin təşkili də "FM Consulting" olaraq tərəfimizdən həyata keçiriləcək.

Sosial       Tarix: 13 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Nazirlik Vətən müharibəsi iştirakçısı və qazilərlə görüş keçirdi

Noyabrın 6-da elm və təhsil nazirinin müavini Firudin Qurbanov 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin tabeliyindəki qurumlarda çalışan Vətən müharibəsi iştirakçısı və qazisi ola

Azərbaycanın iqtisadi modelində dəyişiklik ZƏRURƏTƏ çevrilir – XƏBƏRDARLIQ

"Azərbaycanda son illər tətbiq olunan iqtisadi model artıq effektivliyini itirib. Bu modelin dəyişmədən davam etdirilməsi uzunmüddətli perspektivdə ölkənin iqtisadi dayanıqlılığı üçün ciddi risklər yaradır. Biz təxminə

Minik avtomobili ilə sərnişin mikroavtobusu toqquşub

Göyçay rayonunda qəza baş verib. -a istinadən xəbər verir ki, Göyçay şəhərinin mərkəzi hissəsində minik avtomobili sərnişin mikroavtobusu ilə toqquşub. Faktla bağlı araşdırma aparılır

Qubada ağır qəzada ölən gəncin fotosu

Quba rayonunun Tüləkəran kəndi ərazisində qeydə alınan ağır qəzada ölən 2003-cü il təvəllüdlü Fəqan Ədilovun fotosu yayılıb. Qeyd edək ki, hadisə zamanı "Lada Niva" markalı avtomobil dərəyə aşıb. Qəza nəticəsind

Bakı bu ölkəyə neft ixracını 3 dəfə artırdı

Azərbaycandan İndoneziyaya neft ixracının həcmi təxminən üç dəfə artıb. Azərbaycan Dövlət Gömrük Komitəsinin dərc etdiyi xarici ticarət üzrə gömrük statistikasına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda

Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb

Bakı-Sumqayıt magistral yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"-a istinadən xəbər verir ki, hadisə yolun Xırdalan şəhərindən keçən hissəsində qeydə alınıb. Belə ki, avtomobil yol

Bu ölkədə cəmi iki faiz əhali vergi odəyir

Hindistanda əhalinin cəmi 2 faizinin vergi ödədiyi bildirilir. Ölkədə iqtisadi fəaliyyətin böyük hissəsinin qeyri-formal sektor çərçivəsində həyata keçirilməsi, kənd təsərrüfatının vergidən azad olması və vergi sistemindək

Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ

"Pərakəndə satışda müştərinin alış qərarına birbaşa təsir edən və onları alış-verişə təhrik edən əsas vitrin zonaları mövcuddur. Bu zonalar düzgün planlaşdırıldıqda mağazanın dövriyyəsini və orta səbət məbləğini əhəmiyyətl

Çinlə Azərbaycanın ticarət dövriyyəsi 3,46 milyard dollara çatıb

Çin-Azərbaycan əməkdaşlığında müsbət dinamika müşahidə olunur. KONKRET.azteleqraf-a istinadla xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey mətbuat konfransında deyib. Səfir bildirib ki, qarşılıqlı siyasi etimadı


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bugun 2026 azerbaycan cəbhədən görüntülər son xeberler bugun 2026 muharibe qurban bayrami 2026