Fondlara köçürülən vəsaitlərin vergidən azad olan hissəsi 15 faiz oldu
İctimai və sosial fondlara köçürülən vəsaitlərin vergidən azad olan hissəsi artırılıb.
"APA-Economics" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Qeyd edilib ki, vergi ödəyicilərinin sosial – korporativ məsuliyyətindən irəli gələn maliyyə dəstək proqramlarının daha effektiv şəkildə həyata keçirilməsi məqsədilə hesabat ilinin mənfəətinin Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən meyarlara cavab verən, elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara, habelə siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən və vergidən azad olan hissəsi 10 faizdən 15 faizə qaldırılıb.
Dəyişiklik vergi ödəyicilərinin ictimai və sosial layihələrə maliyyə yardımları ayırmalarına maraqlarının, eyni zamanda, həmin sahələrin maddi gəlirlərinin artırılması məqsədi daşıyır. / konkret.az

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR