Formula-1 Bakı Qran Prisi: biletlərin hamısı satıldı
Formula-1 üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) KONKRET.az-a verilən məlumata görə, bununla da 12 tribunadan 10-una yerlər tamamilə tutulub.
Ötən illərdə keçirilmiş altı yarışla müqayisədə builki Qran Pridə ilk dəfədir, 100-dən çox ölkədən azarkeşlər Azərbaycanı ziyarət edəcəklər. Bu rəqəm Bakıdakı yarışın tarixində qeydə alınmış ən yüksək göstəricidir. Bundan başqa, bu il ölkəyə gələcək əcnəbi azarkeşlərin sayı ən yüksək həddə çatıb.
Yarış həftəsonuna 9 gün qalmış yalnız Bakcell (Azneft) və Xəzər tribunalarında məhdud sayda biletlər mövcuddur.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 apreldə baş tutacaq. Bakı ilk dəfə sprint yarışına ev sahibliyi edəcək.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi