"Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib" - Deputat

"Azərbaycanda keçirilən "Formula" yarışları mövsümü yeni iş yerlərinin açılışı, valyuta daxil olmasının artması ilə nəticələnir. "Formula-1" bahalı və elit idman növüdür".
Bu sözləri azxeber.com-a açıqlamasında "Formula-1" yarışlarının ölkəmizə faydalarını şərh edərkən Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib. 
O qeyd edib ki, formula yarışları üçün Bakının mərkəzi hotellərində yerlər hər zaman dolu olur:
"Azərbaycanda keçirilən Formula yarışları mövsümü yeni iş yerlərinin açılışı, valyuta daxil olmasının artması ilə nəticələnir. Bu da yekunda qeyri-neft sektorunun inkişafına təkan verir. Bu, artıq ənənədir, ənənəvi xarakter alıb. Ən fəal tamaşaçıların rəyinə görə, Bakıdakı "Formula 1" yarışı çox cəlbedicidir. Hər zaman gözlənilməz anlarla dolu olan Formula-1-in Azərbaycan Qran-prisi həm xarici medianın, həm də azarkeşlərin sevimlisinə çevrilib". 
Deputat qeyd edib ki, Azərbaycan qran-prisi dünyada çox böyük maraqla qarşılanıb: 
"2021-ci il "Formula-1" Azərbaycan Qran-prisi ABŞ-də son iki ildə ən çox izlənilən avtoidman yarışı adına layiq görülərək həmin ilin Monako Qran-prisinin rekord izləyici sayını üstələyib".
Deputat vurğulayıb ki, "Formula 1" Azərbaycan Qran-prisinin ölkəmiz üçün maliyyə faydaları da böyükdür:
"Bakıda keçirilən "Formula-1" yarışlarını izləməyə gələn əcnəbilərin sayında hər il artım olur. Hər kəsin diqqət mərkəzində olan bu tədbir ölkəmizin dünyaya sürətli inteqrasiyasını təmin etməklə yanaşı, sosial-iqtisadi yüksəlişimizə də təkan göstərir. Statistika göstərir ki, turistlərin iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən peşəkar xidmətlər, hotel və mehmanxana, hava yolları, iaşə obyektləri, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, poçt və telekommunikasiya və digər sektorlara verdikləri faydalar həddən artıq böyükdür". 
Şahanə Ziyad

Sosial       Tarix: 17 sentyabr 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

AYNA "Koroğlu"dan "Sea Breeze"ə gedən marşrutu bərpa edir

İyulun 18-dən "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzini "Sea Breeze" istirahət mərkəzi ilə əlaqələndirən 150E nömrəli ekspres marşrutunun fəaliyyəti bərpa olunur. xəbər verir ki, bu barədə Azərbaycan Yerüst

Park salınan ərazidə qədim dövrə aid əşyalar tapıldı - FOTOLAR

Cəlilabad rayonunda abadlıq işləri aparılarkən qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb. xəbər verir ki, hadisə rayon ərazisində, "Narbağı" adlanan sahədə park salınması zamanı qeydə alınıb. Belə ki

Azərbaycan Milli Mətbuatı 151 yaşını qeyd edir

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür. xəbər verir ki, ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildə

Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Biznes Məktəbində MBA proqramı üzrə təhsil almağın bir sıra üstünlükləri var. Bizim.Media xəbər verir ki, sözügedən MBA proqramı gələcəyin rəhbərləri, sahibkarları və qərarvericilər

Qızıl alanların diqqətinə: Qiymətlər niyə enir və bundan sonra nə olacaq?

Qlobal maliyyə bazarlarında son günlər qızılın qiymətində eniş tendensiyası müşahidə olunur. Dünyada iqtisadi qeyri-müəyyənliklər və geosiyasi risklər fonunda uzun müddət təhlükəsiz investisiya aləti hesab edilən qiymətl

Əməkdar jurnalist Nuraninin vəziyyəti açıqlanıb

Əməkdar jurnalist Tofiqə Qasımovanın (Nurani) səhhəti ilə bağlı son vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Bakı Sağlamlıq Mərkəzi məlumat yayıb. Bildirilib ki, 56 yaşlı Tofiqə Qasımova iyulun 17-də Kliniki Tibbi Mərkəzi

Beyləqanda "pambıqla baş kəsən" kimlərdir? – "Ağ qızıl" üzərində qara əməliyyatlar

Azərbaycan pambıqçılığı uzun illərdir qeyri-neft sektorunun əsas inkişaf istiqamətlərindən biri kimi təqdim olunur. Dövlət bu sahəyə hər il milyonlarla manat subsidiya ayırır, fermerlərə dəstək proqramları həyata keçirilir

Qızıl almaq istəyənlərin diqqətinə: Yeni qiymətlər məlum oldu

Qlobal bazarlarda qiymət dəyişiklikləri fonunda Azərbaycanda qızılın daxili satış qiymətləri yenilənib. KONKRET.azxəbər verir ki, Mərkəzi Bankın məlumatına əsasən, iyulun 20-nə olan məlumata görə, 99 əyyarlı təmiz qızılı

Ömər Eldarov xəstəxanaya yerləşdirildi

Görkəmli heykəltaraş Ömər Eldarovun vəziyyəti pisləşib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, 99 yaşlı akademik Eldarov Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib. Ö.Eldarov hazırda orada müalicə alır


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son məlumat son xeber hava haqqinda xəbər.az