"Formula 1" üzrə Azərbaycan Qran-prisi start götürür

Bu gün "Formula 1" və "Formula 2" üzrə Azərbaycan Qran-prisinə start veriləcək.
KONKRET.az xəbər verir ki, "Formula 1" yarışı Bakıdakı 6-cı Qran-pri kimi tarixə düşəcək.
Azarkeşlər 3 illik fasilədən sonra Qran-prini tribunalardan izləyə biləcəklər. İlk yarış günündə "Formula 1″də iki sərbəst yürüş. "Formula 2″də isə sərbəst yürüş və sıralama turu gerçəkləşəcək.
Bakı halqasında fan-zonanın qapıları saat 10:00-da açılacaq. İlk olaraq trekə "Formula 2" pilotları çıxacaq. 11 komandanın 22 sürücüsü sərbəst yürüşə qatılacaq.
Ardınca əsas yarış hesab olun "Formula 1″də birinci sərbəst yürüş başlayacaq. Günə ikinci dərəcəli turnirin sıralama turu və nəhayət, "Formula 1″in ikinci sərbəst yürüşü ilə yekun vurulacaq.
"Formula 1″də "Red Bull" komandasında çıxış edən hazırkı dünya çempionu Maks Ferstappen 125 xalla liderdir. "Ferrari"dən Şarl Lekler 116 xalla ikinci, Ferstappenin komanda yoldaşı Serxio Peres 110 xalla üçüncü pillədə qərarlaşıb.
"Formula 2″də isə müvafiq sıraları "MP Motorsport"dan Felipe Druqoviç, "ART Grand Prix"dən Teo Purşer və "Prema Racing"dən Jehan Daruvala tutur.
Azərbaycan Qran-prisi
10 iyun
10:00. Azarkeş zonasının qapıları açılır
"Formula-2"
12:35 – 13:20. Sərbəst yürüş
"Formula-1"
15:00 – 16:00. I sərbəst yürüş
"Formula-2"
16:30 – 17:00. Sıralama turu
"Formula-1"
18:00 – 19:00. İkinci sərbəst yürüş
21:00. Azarkeş zonasının qapıları bağlanır.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq. Bakıdakı əvvəlki yarışlarda "Mercedes"in sabiq pilotu, artıq karyerasını başa vurmuş Niko Rosberq, "Red Bull"un keçmiş pilotu, hazırda "McLaren"da çıxış edən Daniel Rikkardo (2017), "Mercedes"dən Lüis Hemilton (2018), onun komanda yoldaşı Valtteri Bottas (2019) və "Red Bull"da çıxış edən Serxio Peres (2021) qalib olub. 2020-ci ildəki Azərbaycan Qran-prisi koronavirus pandemiyasına görə ləğv edilib.
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

İdman       Tarix: 10 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

Qazancına görə bütün futbolçuları geridə qoydu

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo 2 milyard dollardan çox qazanan ilk aktiv idmançıdır. xəbər verir ki, hesablamaya vergilər və agent haqları xaric olmaqla maaşlar, bonuslar, reklamlar və biznes gəlirləri daxildir

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

UEFA-dan Fəridə Lütfəliyevaya təyinat

Azərbaycanın qadın FİFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb. xəbər verir ki, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər

Konfrans Liqası: bu gün 18 oyun var

UEFA Konfrans Liqasında Liqa mərhələsinin II turunun oyunlarına bu gün start veriləcək. xəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu evdə Şotlandiyanın "Harts" komandası ilə üz-üzə gələcək. UEFA Konfran

İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada

FIFA prezidenti Canni İnfantino, U-15 dünya çempionatı və turnirinin Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf mundialın ilk oyun günü çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət ediblər

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxeber butun xeberler son xeberler bugun 2026 canli beynelxalq bank mezenne