Formula 2-nin qalibi o oldu - YENİLƏNİB
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinin qalibi məlum olub.
KONKRET.az–ın məlumatına görə, "Prema Racing"dən Dennis Hauger bütün rəqiblərini qabaqlayıb. O, 29 dövrənin yekununda bu nəticəni qazana bilib.
"Carlin"dən Logan Sargeant ikinci, "MP Motorsport"dan Felipe Druqoviç üçüncü yeri tutub. Ümumilikdə 6 pilot yarışı sonadək davam etdirə bilməyib.
11:07
İyunun 12-də Bakıda Formula 2 üzrə əsas yarışa start verilib.
KONKRET.az xəbər verir ki, Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparır. Pilotlar Bakı şəhər halqasında 21 dövrə vuracaqlar.
Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən yarışda əvvəlcə pilotlar sərbəst yürüşdə güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə "Hitech Grand Prix" komandasının pilotu Jüri Vips bütün rəqiblərini qabaqlayıb. İlk üçlüyü "Carlin" komandasının üzvü Liam Louson və "Hitech Grand Prix" komandasının pilotu Markus Armstronq tamamlayıblar. Estoniyalı pilot Y.Vips sıralanma turunda da birinci olub. Sıralanma turunda "Carlin" komandasının üzvü Liam Louson ikinci, "Prema Racing"in pilotu Dennis Hauqer üçüncü yeri tutublar. "ART Grand Prix" komandasının pilotu Frederik Vesti sprint yürüşündə fərqlənib. "Prema Racing"in üzvü Cehan Daruvala yarışı ikinci, Liam Louson ("Carlin") isə üçüncü sırada tamamlayıblar.
On dörd mərhələdən ibarət yarışa noyabrın 18-20-də Əbu-Dabidə yekun vurulacaq. Bakı yürüşünə qədər keçirilmiş beş yarışın nəticəsinə görə, pilotların siyahısına "MP Motorsport" komandasının üzvü Felipe Druqoviç 117 xalla başçılıq edir. Komandalar arasında isə "MP Motorsport" 139 xalla birincidir.
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi