Fransa koronavirusun qaynağını tapmaq üzrədir - Dünyaya XƏBƏRDARLIQ
Fransa həkimləri ölkəyə koronavirusu gətirən ilk insanın izinə düşüb.
Publika.az xəbər verir ki, paytaxt Parisin şimalındakı Avicenne və Yan Verdier Xəstəxanası ötən ilin dekabr ayında müraciət edən sətəlcəm xəstələrinin qan analizinə koronavirus testi tətbiq edib.
27 dekabrda xəstəxanaya daxil olan və sətəlcəmdən sağalan bir nəfərin qanında yeni tip koronavirus aşkarlanıb. Xəstəxananın rəsmisi Yves Kohen bu şəxsin ölkədəki ilk yoluxan insanın olub-olmadığını demək üçün erkən olduğunu bildirib.
O qeyd edib ki, həmin şəxs 2 uşağını da yoluxdurub. Amma xəstənin həyat yoldaşında virus təsbit olunmayıb. Xəstənin virusu haradan yoluxması isə həkimlərdə çaşqınlığa səbəb olub. Belə ki, xəstənin həyat yoldaşı çinlilərin tez-tez ziyarət etdiyi bir marketin suşi bölməsində işləyirmiş.
Fransız mütəxəssislər dünya ölkəkərini sətəlcəm xəstələrinə koronavirus testlərini tətbiq etməyə çağırıb.
Qeyd edək ki, Fransada ilk virusa yoluxma faktı 24 yanvar 2020-ci ildə açıqlanıb.
Zümrüd

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi