Fransa polisi tətilə HAZIRLAŞIR
Fransanın bir neçə polis həmkarlar ittifaqı təklif olunan pensiya islahatına qarşı ümummilli tətilə çağırıb.
KONKRET.az xəbər verir ki, bu barədə "Les Echos" qəzeti məlumat yayıb.
Bildirilib ki, yanvarın 19-da Fransa şəhərlərinin küçələrində iki kateqoriyadan olan polislər olacaq, bəziləri pensiya islahatına qarşı nümayiş zamanı asayişi təmin edəcək, digərləri isə etiraz aksiyasında iştirak edəcək.
Qeyd olunub ki, pensiya ilə bağlı təklif olunan dəyişikliklər hüquq-mühafizə orqanlarının əməkdaşlarına da təsir edəcək. Belə ki, ölkədə ümumi pensiya yaşının 62-dən 64-ə, polislər üçün isə 52-dən 54-ə qaldırılması nəzərdə tutulur.
Daxili işlər naziri Jerald Dermanen bildirib ki, planlaşdırılan yaş artımı Fransa polisinin yalnız 2%-nə təsir edəcək.
"Hazırda polis əməkdaşlarının pensiya yaşı 52-dir, əslində isə onlar yalnız 57 yaşında təqaüdə çıxırlar. Ona görə də əksər işçilər üçün pensiya yaşının artırılması heç bir məna kəsb etməyəcək", – nazir deyib.
Məlumata görə, polis iğtişaş ehtimalı ilə əlaqədar 10 min əməkdaşını səfərbər edib.
Qeyd edək ki, Fransa rəsmiləri pensiya yaşının artırılmasını demoqrafik və maliyyə səbəbləri ilə izah edir.
İqbal Rzayev,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür