Fransa prezidentindən böyük jest - Ömürlük postdan və puldan imtina etdi
Fransa Prezidenti Emmanuel Makron ölkə başçısı vəzifəsinin müddəti bitdikdən sonra dövlət tərəfindən ona ayrılacaq təqaüddən imtina edib.
Məlumatı Yelisey Sarayındakı mənbəyə istinadən "Parisien" nəşri yayıb.
Qeyd edilir ki, Makron prezident postunda birinci müddətin tamamlanmasından sonra müəyyən edilmiş ödənişlərdən, həmçinin ikinci müddətə yenidən seçilmə vaxtı Fransa liderinə nəzərdə tutulan məbləğdən imtina etmək barədə qərar qəbul edib.
Bundan başqa, Fransanın dövlət başçısı Konstitusiya Şurasında qanunla ona düşən ömürlük postdan da imtina edib.
Makronun qərarı dövlət başçısının "ölkədəki vəziyyətə uyğun olaraq hərəkət etmək" arzusu ilə izah olunur.
Xatırladaq ki, 3 həftədir Fransada yeni pensiya islahatlarına qarşı tətillər və etirazlar davam edir. /publika.az

Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz