"Fransa senatının Azərbaycan əleyhinə qətnaməsində reallıqlar tamamilə təhrif olunub

"Fransa senatının Azərbaycan əleyhinə qətnaməsində əsassız və məntiqsizdir, həmçinin bu sənəddə reallıqlar tamamilə təhrif olunub".
Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.
Deputat 44 günlük müharibənin gedişi və sonrakı dövrdə Fransanın Cənubi Qafqazla bağlı siyasətində ikili standartların açıq təzahürünün müşahidə olunduğunu xatırladıb.
Qeyd edib ki, Azərbaycan Fransa ilə əlaqələrə həmişə xüsusi önəm verib. Lakin təəssüf ki, indiyə qədər baş vermiş bir çox hadisələr Azərbaycan cəmiyyətində Fransaya etimadı tamamilə sarsıdıb: "Bir tərəfdən, Fransa hökuməti, dövlət rəhbərliyi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində fəal iştirak etmək niyyətini bəyan edir. Digər tərəfdən, bu ölkənin parlamentində Azərbaycan əleyhinə sənədlər qəbul olunur. Fransanın bəzi dövlət rəsmiləri Azərbaycanla bağlı heç bir əsası olmayan ittihamlarla çıxış edir. Ona görə də düşünürəm ki, Fransa ilə münasibətlərdə qarşı tərəfin davranışlarına adekvat addımlar atmağın zamanı çatıb".
S.Məmmədov qeyd edib ki, Əlcəzairdə törədilmiş soyqırımı ilə bağlı məsələyə bu günə qədər Fransada rəsmi səviyyədə obyektiv hüquqi-siyasi qiymət verilməyib.
"Halbuki, təkcə 1945-ci ildə Setif şəhərində 45 min əlcəzairli öldürülüb. Ümumilikdə isə 1,5 milyon insan Fransanın həyata keçirdiyi zorakı əməliyyatlar, qeyri-mütənasib güc tətbiqi nəticəsində məhv edilib. Fransa tərəfindən irqçi, diskriminativ qanunlar tətbiq edilərək, əlcəzairlilər "Fransanın ərəb Müsəlmanları" adlandırılıb, əhali torpaq və mülklərindən məhrum edilib. Lakin indi biz qəbul edilən qətnamə layihəsində "İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyayaya istinad görürük. Bu Konvensiyanı kobud şəkildə pozmuş bir ölkənin başqa bir ölkəyə heç bir əsası olmadan irqi ayrı-seçkiliklə bağlı ittiham irəli sürməsi sadəcə təəccüb doğurur".
Millət vəkili bildirib ki, Azərbaycan dəfələrlə Fransa siyasətçilərinə, parlament üzvlərinə Cənubi Qafqazla bağlı məsələlərdə ədalətli, beynəlxalq hüquqa əsaslanan mövqedən çıxış etməklə bağlı çağırışlar edib. Lakin Fransa Senatının qəbul etdiyi son qətnamə bu ölkənin öz ənənəvi siyasətini dəyişmək niyyətində olmadığını təsdiq edir. / azxeber.com

Sosial       Tarix: 16 noyabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4


azerbaycan xeberleri son xeberler yeni xeberler hava azerbaycanda son xeberler xeber.az cəbhədən son məlumatlar