Fransada öldürülən gəncin ailəsi polisə pul yığılması ilə bağlı ŞİKAYƏT ETDİ
Parisin Nanter qəsəbəsində güllələnən yeniyetmənin valideynləri təqsirləndirilən polisin ailəsinə yardım üçün pul toplayan Jana Messiaha qarşı şikayət edib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ailənin vəkili Yasin Burzu bildirib.
Vəkil Messiahı dələduzluqda və cinayəti ört-basdır etməkdə ittiham edib. O bildirib ki, bu maddələrə görə, onu 15 ilə qədər həbs gözləyir.
Qeyd edək ki, Fransada internet istifadəçiləri yeniyetməni güllələyən polis məmurunun ailəsi üçün onlayn ianə platformasında təxminən 860 min avro toplayıblar. "Gofundme" saytında 40 mindən çox insan ianə edib.
Xatırladaq ki, iyunun 27-də Parisin Nanter qəsəbəsində polis 17 yaşlı yeniyetmənin avtomobilini saxlayıb. O, gəncdən avtomobili tərk etməyi xahiş etsə də, rədd cavabı alıb. Buna cavab olaraq asayiş keşikçisi sürücüyə atəş açıb. O vaxtdan bəri Fransada etiraz aksiyaları keçirilir. Nümayişçilər avtomobilləri yandırır, mağazaları qarət edirlər. Fransa şəhərlərində asayişi qorumaq üçün 45 minə qədər polis əməkdaşı cəlb edilib.
İqbal Rzayev,
KONKRET.az

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir