Fransadan Azərbaycana kömək TƏKLİFİ

Fransadan Azərbaycana kömək TƏKLİFİ"Azərbaycanın səkkiz erməni əsgərini azad etməsi və onların Fransa hökumət təyyarəsi ilə İrəvana göndərilməsi hazırda Avropada yaşadığımız gərgin təhlükəsizlik kontekstində yaxşı xəbərdir".
KONKRET.az xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, məhz hər iki tərəfin bu cür xoşməramlı jesti ilə Azərbaycan və Ermənistan arasında sülhə doğru irəliləmək mümkün olacaq:
"Bu azad edilmə Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə Prezident Əliyev və Baş nazir Paşinyanın başladıqları dialoq, diplomatiya və gərginliyin azaldılması səylərinin nəticəsidir. Bu, xüsusilə dörd liderin fevralın 4-də onlayn keçirilən görüşündən sonra baş verir.
Fransa Azərbaycanın bu jestini yüksək qiymətləndirir.
Bu azad edilmə yerinə düşür və zəruridir, belə ki, müharibədən "post-münaqişə"yə və "post-münaqişə"dən "sülh danışıqlarına" keçid sərhəddə gərginliyin azaldılması, sonuncunun delimitasiyası və demarkasiyası, Azərbaycan və Ermənistan arasında kommunikasiya xətlərinin açılması kimi sahələrdə güclü siyasi iradə və gərginliyi azaldan hərəkətlər tələb edəcək.
Sülh prosesinə keçid humanitar sahədə digər irəliləyişləri də cəlb edəcək. Onilliklərlə davam edən münaqişədən sonra əhali arasında inamı bərpa etmək və ailələrin ağrı-acısını yüngülləşdirmək, xüsusən də saxlananların öz yaxınlarına qovuşmasına imkan yaratmaq, itkin düşənlərin qalıqlarını müəyyən etmək, mina qurbanlarına yardım göstərmək və sahənin minalardan təmizlənməsini təmin etmək həqiqətən də lazımdır.,
Məhz bu səbəbdən Fransa ötən il olduğu kimi 2022-ci ildə də Beynəlxalq Qırmızı Xaç Komitəsinin köməyi ilə itkin düşmüş şəxslərin müəyyən edilməsinə kömək etmək üçün tərəflərlə və xüsusilə Azərbaycanla işləməyə davam edəcək.
Məhz bu səbəbdən də Fransa minalardan təmizləmə və mina qurbanlarına yardım sahəsində ANAMA ilə əməkdaşlıq təklifi irəli sürüb.
Həmçinin, sülh layihəsindən yaranan və sərhədlərin idarə edilməsi və regional inkişaf məsələlərində böyük və əhəmiyyətli təcrübəyə malik olan Avropa İttifaqı da Azərbaycan və Ermənistanı müşayiət etməyə hazırdır.
Milliyyətçi ritorikadan və tarixi mübahisələrdən əl çəkməyin vaxtıdır. Azərbaycan və Ermənistan arasında sülh yoluna qətiyyətlə daxil olmaq üçün bütün xoşməramlı insanların, gənclər kimi yaşlıların da cəlb edilməsi zəruri olacaq", – məlumatda bildirilib.

Siyasi       Tarix: 09 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl


son xeberler yeni xeberler azerbaycan xeberleri bu gunun xeberleri haqqinda melumat xeber az xeberler bugun 2026 apa.az xeberler