"Fransanın Azərbaycandakı səfirliyinə görə yoldaşımla səfərə gedə bilmirəm"

Mətbuat Şurası İdarə Heyətinin üzvü, tanınmış texnobloger Fərid Pərdəşünas Fransanın Azərbaycandakı səfirliyinə açıq müraciət ünvanlayıb.
KONKRET.az həmin müraciəti təqdim edir:
"Bu paylaşımı etmək istəməzdim ancaq Fransanın Azərbaycandakı səfirliyi artıq vəziyyəti ən gərgin həddə gətirib çıxardı.
Fransanın Azərbaycandakı səfirliyi şəxsən mənimlə, ailəmlə, şirkətimlə nə problem yaşayır başa düşə bilmirəm. Mən bu səfirliyə görə yoldaşımla, şirkət əməkdaşlarımla səfərə gedə bilmirəm. Ötən ilin Fevral ayında yoldaşıma eyni zamanda şirkətimizin videoqrafına İspanyada keçirilən "Mobil Dünya Konqresi"ndən və Fransanın özündə baş tutan "Cannes Lions" festivalından rəsmi dəvət gəlsə də, bu səfirlik müraciətlərimizi uğursuz dəyərləndirdi.
Artıq 3 dəfə yoldaşıma "reject" verilib. Yoldaşımın yeganə problemi mənimlə evli olmağı və mənim şirkətimdə rəsmi çalışmasıdır. Bütün sənədlər qaydasında ola-ola, beynəlxalq şirkətin rəsmi dəvət məktubu olduğu halda, nikah şəhadətnaməmiz, şirkət dövriyyəmiz, Dövlət Vergi Xidmətindən sənədlərimiz, Media Agentliyindən media reyesteri sənədlərimiz, adımıza mülkiyyət, bank hesablarında pul, İspanya və Fransanın ən prestijli tədbirlərindən media dəvəti, jurnalist girişi, Azərbaycanın yerli Nazirliklərindən səfirliyə məktub, böyük yerli şirkətlərimizdən sponsorluq sənədi və ağlınıza gələcək bütün sənədlər ola-ola əsas göstərmədən artıq 3-cü dəfədir Fransa səfirliyi reject verir ki, gediş səbəbi aydın deyil.
Fransa səfirliyi Azərbaycan gənclərinə qənim kəsilib. Bu səfirlik nə maillərə nə məktublara cavab yazır. Cənab konsul Jan AMELINEAU qarşısına gələn sənədləri gözüyumulu "reject" edir. Nə məktuba cavab verirlər, nə mailə. Fransa səfirliyi təkcə Fransanın yox İspanya, Hollandiya, Portuqaliya kimi 6 ölkənin vizasını verir və mən illərdir səfər etdiyim İspanyaya yoldaşım üçün əməkdaşlarım üçün Fransadan viza ala bilmirəm. Ölkənin inkişaf etmiş bir gənci, yaxşı viza tarixçəsi, güclü əlaqələri, beynəlxalq əməkdaşlıqları olan bir şəxsi kimi Fransa səfirliyinə niyəsə miqrant kimi görünürəm?!
Cənab AMELINEAU, indi sizdən soruşuram?! Mən yoldaşımla səfər etmək üçün aksiya keçirməliyəm?! Siyasi fəal olmalıyam və polislə foto çəkdirməliyəm ki, viza verəsiniz?! yaxud cavab verəsiniz?! Burada bir aksiya olacaqsa, o da sizin səfirlik önündə olacaq. Fransa Avropanın sahibi deyil. Bizi bu qədər aşağılaya və yuxarıdan aşağı baxa bilməzsiniz. Ötən il ölkədə agentlik sahibi olan və Cannes-dən dəvət alan 2 dostum da vizadan kəsildi. Bu adamların burada şirkəti var. Beynəlxalq Mükafatı qazanmaq üçün səfər edirlər. Biz onlardan mükafat gözləyirik amma siz viza vermirsiniz. Bu belə davam edə bilməz. Bilirəm ki, bu məktub sizə çatacaq və açıb yazdığım mailləri bir də oxuyacaqsınız".

Siyasi       Tarix: 13 mart 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian

Biz İran xalqına xidmət etməyə borcluyuq. Ali dini rəhbərimiz (Müctəba Xamenei – red) ABŞ-la "nə müharibə, nə də sülh" vəziyyətinə son qoyulması ilə bağlı göstəriş verib. xəbər verir ki, bunu İran Prezidenti Məsu

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Şimali Kipr Türk Respublikasından Azərbaycana təbrik

Şimali Kipr Türk Respublikası (ŞKTR) Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi öz "X" hesabındakı paylaşımda bildirib

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb. KONKRET.azxəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərində

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler cəbhədən son xəbərlər cəbhədən ən son xəbər bu gunun xeberleri