Futbol azarkeşlərinin DİQQƏTİNƏ: Qaydalar dəyişdirildi

Futbol azarkeşlərinin DİQQƏTİNƏ: Qaydalar dəyişdirildiBeynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən qəbul edilmiş son dəyişikliklərə əsasən, bir sıra qaydalara yeni əlavələr və düzəlişlər edilib.
KONKRET.azoxu.az-a istinadən xəbər verir ki, bu dəyişikliklər həm oyunçuların davranışlarına, həm də hakimin qərar mexanizminə birbaşa təsir edəcək.
Məsələn, qapıçıların topa nəzarət müddəti ilə bağlı yeni limit tətbiq olunacaq. Belə ki, artıq qolkiperlər topu cərimə meydançasında əlləri ilə maksimum 8 saniyə saxlaya biləcəklər. Bu zamanın içərisinə topun havada saxlanması, yerə qoyulması və ya birəlli nəzarəti də daxildir. Qapıçının ayaqda və ya yerdə olmasının fərqi yoxdur – nəzarət anından etibarən sayım başlayacaq. Qayda ilk dəfə pozularsa, qarşı tərəfə künc zərbəsi veriləcək. İkinci dəfə eyni hal təkrarlanarsa, xəbərdarlıq ediləcək, üçüncü pozuntuda isə sarı vərəqə göstəriləcək. Zərbə, qapıçının hansı künc bayrağına yaxın olmasından asılı olaraq həmin tərəfdən yerinə yetiriləcək.
Penaltilərlə bağlı da diqqətçəkən yenilik var. Əgər zərbə vuran oyunçu qeyri-ixtiyari olaraq topa ardıcıl iki dəfə toxunarsa – məsələn, ayağı sürüşüb və topa nəzarətsiz ikinci toxunuş olarsa – bu zaman qol hesab olunmayacaq. Lakin əvvəlki kimi cərimə zərbəsi ilə yox, penalti təkrar olunmaqla oyun davam edəcək. Bu dəyişiklik təsadüfi səhvlərə daha ədalətli yanaşmanı təmin etməyə yönəlib.
Hakim qərarlarına etiraz qaydalarında isə tamamilə yeni yanaşma tətbiq ediləcək. Belə ki, artıq meydanda yalnız komanda kapitanı hakimlə fikir mübadiləsi apara biləcək. Xüsusən də VAR-dan istifadə olunduğu epizodlarda digər oyunçular hakimi mühasirəyə alaraq etiraz etsələr, dərhal intizam cəzası ilə qarşılaşacaqlar. Əgər kapitan qapıçıdırsa və meydanın o başında dayanırsa, bu zaman başqa bir oyunçu əvvəlcədən hakimə bildirilərək kapitan kimi çıxış edəcək.
Oyun dayandırıldıqda topun kimə verilməsi qaydası da dəyişib. Əvvəllər bu vəziyyət topa son toxunan komandaya əsasən müəyyən edilirdisə, yeni qaydaya görə hakim topun nəzarətdə olduğu komandanı müəyyənləşdirə bilirsə, onu həmin tərəfə yönəldəcək. Bu dəyişiklik, ədalətsiz görünən epizodların qarşısını almağa kömək edəcək.
Eyni şəkildə, texniki zonada baş verən təsadüfi topa toxunuşlar da fərqli qiymətləndiriləcək. Əgər ehtiyat oyunçu, əvəzlənmiş futbolçu və ya məşqçi meydanı tərk edən topa bilərəkdən yox, təsadüfən toxunarsa, artıq sarı vərəqə verilməyəcək və oyun dolayı cərimə zərbəsi ilə yox, sadəcə sərbəst şəkildə davam etdiriləcək.
Son olaraq, ofsayd qərarlarında da incəliklər artırılıb. Əgər qapıçı topu oyuna əli ilə qaytarırsa, bu zaman oyundankənar vəziyyəti müəyyənləşdirmək üçün topun qapıçının əlindən çıxdığı an – yəni son fiziki təmas nöqtəsi əsas götürüləcək. Bu dəyişiklik ofsaydların daha dəqiq və ədalətli müəyyən olunmasına xidmət edir.

İdman       Tarix: 01 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə millisi baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssis TFF-nin İdarə Heyətinin iclasından sonr

Millimizə məğlubiyyətdən sonra istefaya göndərildi

Litva millisinin baş məşqçisi Edqaras Yankauskas vəzifəsindən ayrılıb. -a istinadla xəbər verir ki, bu barədə Litva Futbol Federasiyası (LFF) məlumat yayıb. Yankauskasın istefaya göndərilməsi haqda qərar onun iştirakı il

Əfsanəvi ispan 40 yaşında futbola qayıtdı

Keçmiş dünya və Avropa çempionu "Şatin" klubu ilə qısamüddətli müqavilə imzalayaraq Honkonqa gedib. İspaniya millisinin keçmiş yarımmüdafiəçisi David Silva peşəkar futbola qayıtmaq və karyerasını davam etdirmə

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala

Millətlər Liqası: Bu gün daha 10 oyun var

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti oyunları keçiriləcək. xəbər verir ki, oyun günündə 10 matç baş tutacaq. UEFA Millətlər Liqası. 6 oktyabr. A Liqası, II qrup. 22:45. Xorvatiya – İspaniya;. 22:45. İngiltər

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeber az futbol xeberleri kriminal xeberler xeber