"Futbol dili ilə desək, müharibənin 70-ci dəqiqəsindəyik" - Baş kəşfiyyatçının şifrəli mesajının şərhi
Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov müharibənin qırılma anına az qaldığını bildirib. O qeyd edib ki, futbol dili ilə danışsaq, hazırda müharibənin 70-ci dəqiqəsindəyik və sona az qalıb.
Görünən odur ki, Ukrayna tərəfi bəzi istiqamətlərdə Rusiyanın əldə etdiyi üstünlüyü qəbul etmək niyyətindədir.
Maraqlıdır, Zelenski bu şərtlər altında Rusiya ilə danışıqlar masasına əyləşəcəkmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi analitik Elxan Şıxəliyev qeyd edib ki, hazırda tərəflər gözləmə mərhələsindədir:
"Rusiya-Ukrayna qarşıdurmasında tərəflər sürünən müharibə fazasındandırlar. Onlar tükəndirmə mövqeyindədirlər. Rusiya silahlı qüvvələri müəyyən istiqamətlərdə hücumları dayandırıblar. Ukrayna da hazırda Kursk istiqamətində irəliləmir. Açığı, nə Rusiyanın, nə də Ukraynanın hücum üçün əlavə potensialı var. Kurska hücumla uğur əldə edilmədi. Gözləmə mövqeyində olan qüvvələr əlavə resurs cəlb etsələr, nəyəsə nail ola bilərlər. İndi Rusiya ballistik raketlərlə Ukraynanın strateji obyektlərinə zərbələr endirməklə təzyiqi artırmağa çalışır. Putin hökuməti istəyir ki, qarşı tərəf masaya onların şərtlərini qəbul edərək əyləşsin".
Ekspert Qərbin əsas niyyətinin Ukrayna ərazisini nəzərətə götürmək olduğunu bildirib:
"Zelenski bu yaxınlarda ABŞ-nin müdafiə naziri Lloyd Ostinlə görüşəcək və onların verdiyi raketlərlə Rusiya dərinliklərinə zərbə endirmək üçün icazə istəyəcək. Birləşmiş Ştatlar isə seçkiləri gözləyir. Zelenski administrasiyası masada əlini güclü tutmaq istəyir. Ukrayna Kursku işğal etməklə buna nail olmağa çalışırdı. Ancaq nail ola bilmədilər. Açığı, müharibənin tezliklə yekunlaşacağını gözləmirəm. Çünki hər iki tərəf mövcud şərtlərdən narazıdır. Həmçinin havadarlar da bu vasitə ilə divident qazanmağa çalışır. Bundan əlavə, qeyd edə bilərəm ki, Qərbin Ukraynaya sevgisi əbəs deyil. Onlar gələcəkdə Ukrayna ərazisini nəzərətə götürmək niyyətindədir".
Məlik Məlikov,
KONKRET.az

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır
Arif Mirzəyev vəfat etdi
Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü
Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?
Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib
Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü