Gələn il tarixin ən böyük fəlakəti olacaq - Minlərlə insanın həyatı təhlükədədir
ABŞ-ı gələn il tarixinin ən böyük sunami fəlakəti gözləyir.
Publika.az xəbər verir ki, mütəxəssislər Alyaska ştatının Ankoric şəhəri ilə bağlı dəhşətli ssenarini açıqlayıb.
Belə ki, elm adamları şəhərin şərqində müvazinətsiz dağ yamacını dəstəkləyən Berri buzlağının üçdə-ikisinin əridiyini təsbit edib. Bununla birlikdə, buzlağın tamamilə əriməsi ilə minlərlə ton qaya parçası yaxınlıqdakı balıqçı qəsəbələrini yerlə yeksan edə bilər.
14 elm adamı tərəfindən imzalanan məktubda zəlzələ, isti hava dalğası və ya şiddətli yağışın bölgədə ciddi fəlakətə yol aça biləcəyi xəbərdarlığı verilib.
Geoloji Araşdırmalar Mərkəzinin direktoru Stiv Masterman Berri buzlağının sürətli şəkildə geri çəkilməsinin milyonlarla ton qayanı Şahzadə Vilhelm boğazına apara biləcəyi və dövlətin arxivinə keçən ən şiddətli sunami fəlakətinin gerçəkləşə biləcəyini söyləyib. Mütəxəssislər Ankoricdə əyriliyin yavaş-yavaş azaldığından və hər an torpaq sürüşməsinə çevrilə biləcəyindən narahatdır.
Araşdırmaçılar sunaminin potensial yayılmasını göstərən erkən diaqnozların olduğunu bildirib: "Sunaminin təsirləri xüsusilə hadisənin Berri buzlağının su ilə təmas etdiyi yerdə daha şiddətli olacaq. Buna əlavə olaraq, dayaz su sahələri və ya sahilə yaxın yerləşən ərazi hadisənin effektini artıraraq bölgədəki minlərlə balıqçıya və liman işçisinə böyük təhlükə yaradacaq".
Qeyd edək ki, Ankoricdən 60 mil uzaqda yerləşən Şahzadə Vilhelm boğazı limanın və Trans-Alyaska boru xəttinin bir parçasıdır.
Zümrüd
Kurslar.az kurslar [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi