Gənc oğlan atasına söz qaytaran arvadını çubuqla döydü - TƏFƏRRÜAT

Gənc oğlan atasına söz qaytaran arvadını çubuqla döydü - TƏFƏRRÜATBalakən rayonunda 1991-ci il təvəllüdlü Səlim ailə münaqişəsi zəminində həyat yoldaşı Bahara (adlar şərti verilib – red.) xəsarət yetirib. 
Hadisə 28 aprel 2022-ci ildə, saat 21 radələrində baş verib. 
Səlimin fərdi yaşayış evində onunla birlikdə yaşayan Baharla aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı arvadını qəsdən şillə, yumruq və çubuqla vuraraq ona xəsarətlər yetirib. 
İstintaq orqanı tərəfindən Səlimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səlim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2019-cu ildə Bahar ilə ailə qurub:
"Həmin evlilikdən bizim iki azyaşlı uşağımız var. Mən Bahar ilə valideynlərimin yaşadığı evdə ayrı otaqda yaşayıram". 
Səlim qeyd edib ki, hadisə günü, saat 21 radələrində evdə olduğu zaman atası Əli ilə arvadı Bahar arasında mübahisə yaranıb:
"Mübahisə zamanı arvadım atama söz qaytardı. Buna görə də şillə və yumruqla Baharın sifətinə vurdum. Sonra isə uşaq beşiyinin altında istifadə edilən 1 metr uzunluqda çubuğu götürərək Baharın bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirdim. Həmin zaman evdə atamdan başqa şəxs olmayıb". 
Qeyd edib ki, əməlindən peşmandır və zərərçəkmiş şəxslə barışmaq istəyib.
Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Baharın sözlərinə görə, hadisə günü yaşadığı evdə qayınatası ilə aralarında mübahisələri yaranıb:
"Qayınatam mənim valideynlərimin ünvanına nalayiq sözlər işlətdi. Bu zaman ərim başıma, sifətimə yumruqla, uşaq beşiyinin yanından asılmış çubuq ilə isə qoluma, ayağıma vuraraq xəsarət yetirdi. Döyüləndən sonra həyətə, oradan isə qonşuluğa qaçdım. Qonşulardan kimsənin çıxmadığını görərək geri qayıtdım. Həyətdə ərim məni yerə yıxaraq yumruqla başıma vurdu və sonra yola çıxararaq qapının arxasını bağladı". 
Zərərçəkmiş qeyd edib ki, əri onun başına, qoluna, ayaqlarına, sifətinə yumruq-şillə və çubuqla vuraraq döydüyü zaman qayınatası kənarda dayanaraq onlara tamaşa edib. 
Bu cinayət işinə Balakən Rayon Məhkəməsində baxılıb. 
Məhkəmənin hökmü ilə Səlim aylıq qazancının 15 faizi məbləğində dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzаsınа məhkum edilib. 
///Demokrat.az / azxeber.com

Sosial       Tarix: 26 yanvar 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi son xeberler bugun 2026 muharibe enson xeberler metbuat xeberleri