Gənc qız "Porsche"nin sürücüsü tərəfindən xuliqanlıqla üzləşdi
"Avqustun 9-da saat 21 radələrində Abşeron rayonu Masazır qəsəbəsi ərazisində 99 -??- 777 dövlət qeydiyyat nişanlı "Porsche" markalı avtomobilin sürücüsü tərəfindən xuliqanlıq əməli ilə üzləşmişəm".
KONKRET.az xəbər verir ki, bu iddia ilə "qafqazinfo"ya Bakı şəhər sakini, 21 yaşlı Ü.Ç. müraciət edib.
O bildirib ki, həmin şəxs onu maşına mindirib aparmaq məqsədilə çantasını zorla əlindən alıb: "Mən Masazır dairəsindəki avtobus dayanacağında olarkən həmin şəxs yaxınlaşaraq avtomobilə minməyimi təklif etdi. Daha sonra çantamı alaraq avtomobilə qoydu və məni maşına minməyə vadar etməyə çalışaraq zorakılıq etdi. Ona bildirdim ki, nişanlıyam, problem yaratmasın. 40-42 yaşlı həmin şəxs daha sonra çantama vizitka ataraq geri qaytardı".
Şikayətçi qadın hadisə barədə polisə müraciət etdiyini bildirib.
Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, baş vermiş hadisə ilə bağlı Ü.Ç. tərəfindən müraciət daxil olub: "Məsələ hazırda Abşeron RPİ-nin əməkdaşları tərəfindən araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR