Gənc yaşda dünyasını dəyişən azərbaycanlı məşhurlar - SİYAHI

Gənc yaşda dünyasını dəyişən azərbaycanlı məşhurlar - SİYAHIÖtən gün "Toppuş bacı" kimi tanınan Əməkdar artist Tünzalə Əliyeva dünyasını dəyişməsi Azərbaycan mədəniyyət camiyəsini dərindən üzdü. O, xüsusilə, ATV kanalında nümayiş etdirilən "Çal-Çağır" şou proqramının aparıcısı olarkən "Toppuş bacı" obrazının ifaçısı olarkən xalqın sevimlisinə çevrilmişdi. Daha sonra ATV kanalında "Gülmək qadağandır" şou proqramının aparıcı olarkən izləyicilərinin üzünü güldürürdü.
T.Əliyeva uzun sürən ağır xəstəliklə xeyli mübarizə aparsa da, 49 yaşında bu mübarizəni dayandırdı. Onun bu yaşda vəfat etməsi həm ailəsini, həm Azərbaycan xalqını kədərləndirdi.
"Toppuş bacı" kimi bir çox digər sənəd adamları da cavan yaşda vəfat etməsi ilə yadda qalıb.
azxeber.com gənc yaşda müxtəlif səbəblərdən dünyasını dəyişmiş sənəd adamları haqda xatırlatma edir.
Azərbaycan şou-biznesinin tanınmış siması, müğənni, bəstəkar Rəhim Rəhimli ötən ilin 30 sentyabrında ürək tutmasından vəfat etdi. 1979-cu ilin 7 iyun tarixində Ağdamda anadan olan azərbaycanlı bəstəkar, müğənni, aktyor 2006-cı ildən səhnədə idi. Rəhim Rəhmili cavan yaşda vəfatı ilə onu sevənləri dərindən üzmüşdü.
Xanəndə Tuqay İsmayılov da gənc yaşda vəfat edən sənəd adamı kimi yadda qaldı. O, 19 avqust 2021-ci ildə koronavirusdan vəfat etdi. 1986-cı il təvəllüdlü - 35 yaşı yenicə tamam olan xanəndənin iki övladı atasız qaldı.
4 may 2021-ci ildə 55 yaşlı müğənni Aslan Hüseynov da həyatda vaxtsız köçdü. Aslan Hüsynov Bakı-Qazax yolunun 60 kilometrliyində BMW markalı avtomobillə "Kamaz" markalı avtomobilin toqquşmasını nəticəsində vəfat etdi.
1979-cu il təvəllüdlü azərbaycanlı aktyor Ramiz Hüseynzadə 18 mart 2021-ci ildə qəfil vəfat etdi. Aktyorun ölümünə beyninə qan sızması səbəb oldu. Qeyd edək ki, p, aktyorluqla yanaşı, müxtəlif televiziya kanallarında müəllif, aparıcı və prodüser olaraq çalışıb.
2020-ci ilə avqust ayının 29-da meyxanaçı Vüqar Paşayev 33 yaşında vəfat etdi. Vüqar Biləcəri kimi tanınan meyxanaçının ölüm səbəbi ilə bağlı məlumat verilməsə də, onun uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirildi. Vüqar Biləcəri 2014-cü ildə "De, Gəlsin" meyxana yarışmasında iştirakı ilə tanınmışdı.
2019-cu il martın 23-də isə uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən meyxana ustası Aydın Xırdalanlı (Aydın Quliyev) 41 yaşında vəfat etdi. Aydın Xırdalanlı xeyli vaxt idi ki, qaraciyər serrozundan əziyyət çəkirdi. Vaxtilə ANS-dəki "De gəlsin" yarışmasında iştirakdan sonra populyarlaşan meyxana ustası son dövrlərdə tanınmaz hala düşmüşdü.
Azərbaycanın məşhur reperi Hüseyn Dərya 2014-cü il 15 martında həyatdan vaxtsız köçdü. Onun ölümünə səbəb Hüseyn Dəryanın idarə etdiyi "Opel Astra" markalı minik avtomobili KaMAZ markalı maşına çırpılması nəticəsində baş verən yol qəzası olmuşdu. O, vəfat edərkən 39 yaşı var idi.
 
Aydın Nuri

Sosial       Tarix: 23 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az 2026 bugunun xeberleri son xeberler bugun 2026 muharibe bu gune olan xeberler