Gəncədə başlayan XƏYANƏTİN İzmirdə dramatik sonu! — DƏHŞƏTLİ İDDİALAR VƏ SƏBƏBLƏR - VİDEO

Gəncədə başlayan XƏYANƏTİN İzmirdə dramatik sonu! — DƏHŞƏTLİ İDDİALAR VƏ SƏBƏBLƏR - VİDEOAMEA-nın tanınmış tarixçi-arxeoloq alimi Emin İsgəndərovun intihar səbəblərinin qaranlıq məqamları
Atalarımızdan bizə qədər gələn belə bir kəlam var – bir alim həyatdan köçürsə o evdən getmir, eldən gedir. Haqqında bəhs edəcəyimiz mövzu və araşdırma da məhz həmin motivə əsaslanır və 41 yaşlı gənc alimin öz həyatına faciəvi sonluq verməsi ilə bağlıdır.
Bu il may ayının 22-də baş verən intihar hadisəsi ölkə ictimaiyyətində geniş rezonans doğurdu. Belə ki, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi Emil Əlisahib oğlu İsgəndərovun evində intihar etdiyi məlum olub.
Xatırladaq ki, 41 yaşlı alim yaşadığı Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsindəki mənzildə müxtəlif adda dərman həbləri içərək həyatına son qoyub.
Hadisə yerinə baxış keçirilərkən onun yanında 4 qutu boş antidepressant aşkar edilib. Məlum olub ki, Emil İsgəndərov qutulardakı dərmanların hamısını içərək həyatına qəsd edib.
Onu da qeyd edək ki, alimin intihar etməsi səbəbləri üzə çıxdıqdan sonra bu olay cəmiyyətdə də dəhşət hissləri oyadıb və Emil İsgəndərlinin yaxınlarının iddialarına görə, təəssüf ki, özünə qəsdin səbəbi – XƏYANƏTDİR!
KONKRET.az-ın məlumatına görə, Analoq.az edilən müraciət əsasında Emil İsgəndərovun anasının yaşadığı ünvana yollanıb. Hadisənin təfərrüatlarını ailənin dilindən olduğu kimi təqdim edirik:
Bildirək ki, Emil İsgəndərovun həyatının böyük hissəsini tarixi, arxeoloji və elmi araşdırmalara həsr edib və onun uğur hekayəsinə nəzər salmaq üçün təkcə fəaliyyətini nəzərdən keçirmək kifayət edər. O, fəaliyyətinin yüksəliş pilləsində olan bir peşəkar alim kimi daim diqqət mərkəzində olub, eləcə də dostları, tanışları arasında nüfuz sahibi kimi tanınıb.
Belə desək, onun qarşıda daha böyük planları, məqsədləri və parlaq ideyaları var idi ki, haqqında bəhs etdiyimiz hadisə anidən, bir neçə saatın içində onların hamısını yarıda qoymuş oldu.
Alimin anası Natavan İsgəndərova bizimlə söhbətində qeyd etdi ki, oğlu Emilin həyatında heç bir problemi olmayıb və o öz ailəsinə, işinə daim sədaqətlə nümayiş etdirib, xüsusilə övladlarına, həmçinin həyat yoldaşı Gülnarə Balakişiyevaya qarşı hədsiz dərəcədə diqqətli olub, yüksək qayğı nümayiş etdirib. O məşum və sirli hadisə barədə danışmaqda çətinlik çəkən ana təfərrüatları digər oğlu – Anar İsgəndərov tərəfindən danışılmasını xahiş etdi.
Emil İsgəndərov intihar etdiyi gün problemsiz və qayğısız davranıb, daimi, gündəlik işi ilə məşğul olub.
Anar İsgəndərov söhbəti əsnasında bildirdi ki, Emil İsgəndərov intihar etdiyi gün problemsiz və qayğısız davranıb, daimi, gündəlik işi ilə məşğul olub. Hətta həmin günün axşam saatlarında yaxın dostları ilə ad günündə də iştirak etməliymiş. Dostları ilə telefon əlaqəsi saxlayan mərhum onlara tapşırıb ki, onun üçün yer saxlasınlar və maraqlıdır ki, Emil İsgəndərov heç vaxt dəvət olunduğu yerlərə gecikməyib. Beləliklə, dostlarının məclisinə gecikdiyinə görə həm dostları, həm də anası – Natavan xanım narahat olmağa başlayıblar. Ana ürəyi bu məqamda da öz sözünü deyib!
Emil bəyin qardaşına telefon zəngini açmadığını bildirən (halbuki o anasının zənginə dərhal cavab verirdi (?)) Natavan xanım daxilində bərk narahatçılıq hissi keçirdiyini qeyd edib. Nəticədə qardaşı, Emil bəyin yaşadığı ünvana gedərək işıqların yanmadığını, döydüyü qapının isə açılmadığının şahidi olub. Sonradan digər vasitə ilə evə daxil olan qardaşı Emil İsgəndərov yataq üzərində uzanmış halda olduğunu, ağzından isə köpük gəldiyini görüb. O, həyat yoldaşı Gülnarə Balakişiyevanın qəbul etdiyi dərmanları birdən qəbul edərək öz həyatına son qoyub. Sonrakı dəqiqələrdə isə Emil İsgəndərov ailəsinə və yaxınlarına vida məktubu yazdığı məlum olub və həmin məktubda qeyd edilən fikirlər isə həqiqətən də çox təsirli, dəhşətli və düşündürücüdür…
Emil bəy 5300 AZN məbləğində maddi vəsaiti intihardan az əvvəl Türkiyəyə göndərib – KİMƏ?
Məktubun məğzi ilə tanış olarkən Emil İsgəndərov hansı səbəbdən intihara əl atmasının səbəbləri üzə çıxıb. Onun son cümlələrində bildirilir ki, axır vaxtlar həyat yoldaşının davranışları onun şərəf və ləyaqətinə mənfi təsirlərini göstərib. Belə ki, intihar hadisəsindən bir neçə gün əvvəl Türkiyəyə gedən Gülnarə Balakişiyeva əvvəlcə Emil bəydən ona pul göndərməsini istəyib, həmin vəsaitin isə guya xəstəxanada müalicəyə xərclənəcəyini bildirib. Emin bəy 5300 AZN məbləğində maddi vəsaiti Türkiyəyə göndərib. Və..!
Və bunun ardınca aralarında olan ailə bağının dağıldığını ona telefon mesajı vasitəsi ilə göndərən Gülnarə Balaşikişyeva ailə bağlarının qırıldığını, onunla əl-arvad münasibətində olmaq istəmədiyini yazıb.
Emil bəyə universitetdə mühazirə vaxtı telefon mesajı gəlib və tələbələrindən biri onun həmin mesajı oxumasından sonra rənginin dəyişdiyini, əllərinin isə əsməsini müşahidə edib…
Emil İsgəndərovun qardaşı Anar İsgəndərov bizimlə söhbətində daha bir diqqət çəkən detala toxunub. Onun sözlərinə görə, Emil bəyə universitetdə mühazirə vaxtı telefon mesajı gəlib və tələbələrindən biri onun həmin mesajı oxumasından sonra rənginin dəyişdiyini, əllərinin isə əsməsini müşahidə edib. Buradan da nəticə çıxarmaq olar ki, mərhum həmin vaxt məhz yuxarıda qeyd etdiyimiz mesajı və ya digər bənzər ismarıcı oxuyub.
Qeyd edək ki, hazırda Emil İsgəndərov telefonu özünü ölüm həddinə çatdırmaq cinayət işi üzrə müvafiq strukturda saxlanılır və istintaq sirri olaraq qorunmaqdadır. Məhz orada yerləşən məlumatlar öz təsdiqini tapdıqdan sonra yerdə qalan bütün detallara aydınlıq gətiriləcək.
Anar İsgəndərov əlavə edib ki, Emil İsgəndərov həyat yoldaşı Gülnarə Balakişiyeva heç də mərhuma qarşı səmimiyyəti ilə seçilməyib. Belə ki, mərhumun yas mərasimi zamanı o həmin mərasimə qatılmayıb. Bu addımın özü də özü-özlüyündə intihar hadisəsi fonunda şübhələr yaratmaqdadır.
Ölkə başçısına, Birinci xanıma istintaqın şəffaf araşdırılması üçün müraciət olunacaq!
Emil bəyin anası, qardaşı və digər ikinci dərəcəli ailə üzvləri istintaq işinin tam şəffaf aparılmasını istəyirlər. Bunun üçün ölkə Prezidenti cənab İlham Əliyevə, ölkəmizin birinci xanımı Mehriban Əliyevaya, Daxili İşlər Naziri Vilayət Eyvazova, Ədliyyə Naziri Fikrət Məmmədova, Respublikanın Baş Prokuroru Kamran Əliyeva müraciət edəcəklərini bildirən ana – Natavan İsgəndərova artıq müvafiq vasitələrlə rəsmi ərizə yazacaqlarını da vurğulayıb.
Vida məktubunda diqqət çəkən daha bir nüans Emil bəyin öz azyaşlı övladlarını Gülnarə Balakişiyevaya deyil, məhz anasına həvalə olunmasını vəsiyyət edib. Üstəlik o, xəyanətin danılmazlığına işarə edərək bu sözləri kağıza köçürüb – Gəncədə başlayan XƏYANƏT İzmirdə bitdi..!
Təkcə bu ifadənin ciddi araşdırılma predmeti olduğunu bəri başdan qeyd etmək olar və əsasən də bir ailənin faciəvi şəkildə dağılmasının əsl səbəbləri dərindən yoxlanılmalı, hüquqi nəticələrə gəlinməlidir. Ailənin Analoq.az-a danışıqları bütün ifadələrini isə auditoriyamızın diqqətinə video-çəkiliş şəklində çatdırırıq.
Araşdırmamız davam edəcək. Qarşı tərərin mövqeyini də dinləməyə hazırıq.

Hadisə       Tarix: 09 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda idarə əməkdaşları oğurluğa görə həbs edildilər

Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri idarəsinin üç əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. KONKRET.azxəbər verir ki, 1983, 198

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi

Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü

Bakıda iki avtomobilin toqquşması yolun kənarı ilə gedən piyadanın ölümünə səbəb olub. KONKRET.azÖlkə.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Qəsəbə ərazisində iki avtomobil toqquşub

Tovuzda 46 yaşlı kişini maşın vurdu

Tovuzda piyadanı maşın vurub. xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 1980-ci il təvəllüdlü Asif Ələsgərovu avtomobil vurub. Piyadanın vəziyyəti ağır qiymətləndirilir. Hadis

Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, qəza şəhərin M.Maqomayev prospektində olub. Belə ki, "Hyundai" və "Chevrolet" markalı avtomobillər toqquşub. Qəza zamanı 2010-c

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üçü eyni ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb. trend- ə istinadən xəbər verir ki, qəza rayonun Arazbar kəndində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdl

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

BMV VAZ-la toqquşdu: 1 ölü, 4 yaralı

Salyanda yol qəzası baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. BMV və VAZ markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər – Neftçala rayon sakinlər


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeber xəbərlər.com sonxabar son xeberler bugun 2026 canli