Gəncəlilərə ŞAD XƏBƏR: Bakıya sürət qatarı hərəkət edəcək
Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslərin sayının iki dəfəyədək artırılması rəsmi olaraq təsdiqlənib.
azxeber.com xəbər verir ki, ADY iyun ayının 14-dən yeni FLIRT markalı qatarlarını Bakı–Ağstafa–Bakı marşrutu üzrə sərnişinlərin istifadəsinə verir.
Müasir və komfortlu bu sürətli qatarlar ilk dəfə olaraq Ləki və Ucar stansiyalarında da dayanacaq.
Bununla da həmin ərazilərdə yaşayan daha 200 minə yaxın vətəndaşın müasir "Stadler" qatarlarından istifadə etməklə səfərlərini rahat və təhlükəsiz təşkil edə bilməsi üçün imkan yaranır.
Həmçinin yeni qrafikdə Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslərin sayını iki dəfəyədək artırılıb.
Belə ki, sürətli qatarlar artıq hər gün səhər və axşam saatlarında həm Bakıdan, həm də Ağstafadan hərəkət edəcək. Bu da xətt üzrə təkcə Bakı şəhərindən Qərb istiqamətində gedən sərnişinlərin yox, eyni zamanda əks istiqamətdən Bakı şəhərinə gələn sərnişinlərin rahatlığını təmin etmiş olacaq.
Əlavə məlumat üçün qeyd edək ki, Gəncə şəhərindən olan millət vəkili Naqif Həmzəyev bu xəbərlə əlaqədar fikirlərini sosial şəbəkədə bölüşüb və bu sözləri qeyd edib:
"Sərnişindaşımadakı bu yeni dövr münasibətilə ADY-ni, yeni qatarlardan istifadə edəcək hər kəsi və xüsusilə də Gəncəliləri təbrik edir, uğurlu səfərlər arzulayıram".





Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir