Generaldan Qarabağla bağlı SENSASİON AÇIQLAMA: ABŞ istəyir ki, Rusiya və Türkiyə...
Ermənistan atəşkəsi Fransa və ABŞ-dan güc alaraq pozur.
Publika.az xəbər verir ki, bunu İstanbul Aydın Universitetinin müəllimi, ehtiyatda olan general Naim Babüroğlu deyib.
Professor bildirib: "Rusiya prezidenti Vladimir Putin açıqlamalarında Azərbaycanın torpaqlarının işğalda olduğunu qəbul edib. Amma ABŞ və Fransa bunu heç dilinə gətirməyib. Çünki bu ölkələr dünyada erməni lobbisinin ən güclü olduğu ölkələrdir. Atəşkəsin pozulmasının birinci səbəbi isə Azərbaycanın meydanda qazandığı uğur və Ermənistan ordusunun ardıcıl geri çəkilməsidir. Bu geri çəkilmə səbəbilə Ermənistan ordusunun motivasiyası olduqca aşağıdır. Bunu ört-basdır etmək üçün atəşkəsin pozurlar.
"Biz güclüyük" demək istəyirlər. ABŞ və Fransa da bunu dəstəkləyir.
Babüroğlu qeyd edib ki, Türkiyə və Rusiya Suriya və Liviya cəbhəsində iki əhəmiyyətli oyunçudur. Azərbaycan-Ermənistan cəbhəsində də belədir: "Cənubi Qafqaza NATO-nun gəlməsi Rusiya üçün qırmızı xətdir. Rusiya Azərbaycana da, Ermənistana da əhəmiyyət verir. Lakin bu ölkələrin görmədiyi risk var: ABŞ Rusiya ilə Türkiyənin savaşmasını istəyir. ABŞ Dağlıq Qarabağı fürsət olaraq görür".
Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək