Gimnastımız Avropa çempionatının finalına çıxdı
Gimnastımız Selcan Maqsudova Soçidə keçirilən batut, ikiqat mini batut gimnastikası və tamblinq üzrə Avropa çempionatında finala çıxıb.
Publika.az xəbər verir ki, yarışın üçüncü günündə proqramı təqdim edən Selcan Maqsudova, böyük idmançılar arasındakı təsnifat mərhələsində səkkizinci yeri tutaraq hakimlərdən 52.835 xal alıb.
Final mərhələ sabah, Avropa çempionatının son günü baş tutacaq.
Qeyd edək ki, bu gün həmçinin gənclər yaş qrupunda batut üzrə idmançımız Hüseyn Əsədullayevin 52.235 xal toplayıb.
Bununla birgə, Azərbaycan gimnastları Hüseyn Abbasov və Maqsud Mahsudov batutda sinxron tullanma üzrə Avropa çempionatında finala vəsiqə qazanıblar.
Həmçinin Azərbaycan tamblinqçisi Mixail Malkin də sabah final mərhələsində qüvvəsini sınayacaq.
Xatırladaq ki, Soçidə keçirilən batut, ikiqat mini batut gimnastikası və tamblinq üzrə Avropa çempionatı 29 apreldən 2 may tarixinə qədər keçirilir. Yarışlarda 23 ölkədən idmançılar iştirak edir.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq