Gizli İŞBİRLİYİ - İrana ötürüb
Rusiyanın Ukraynada ələ keçirdiyi bəzi ABŞ istehsalı silahları İrana verdiyi iddia edilir.
KONKRET.azxəbər verir ki, CNN-nin hərbi mənbələrə əsaslanaraq verdiyi məlumatda Rusiyanın ABŞ və NATO ölkələrinin tədarük etdiyi bir çox silah və sistemi, xüsusilə "Javelin" tank əleyhinə və "Stinger" hava hücumundan müdafiə sistemlərini ələ keçirdiyi bildirilir.
Rusiyanın bu silahları sökülməsi və tədqiq edilməsi üçün İrana ötürdüyü deyilir. Bu cür transferlərin çox olmadığı iddia edilən xəbərdə ABŞ mənbələri İranın bu silahlar üzərində çalışıb-çalışmadığının və ya bu silahlara yeni hərbi komponentlər əlavə edərək mənimsəyib-mənimsəmədiyinin bəlli olmadığı qeyd edilir.
ABŞ Dövlət Departamenti Ukraynaya tədarük edilən silahların müxtəlif qrupların və ya şəxslərin əlinə keçməməsi və sui-istifadə edilməməsi üçün işçi qrupu yaratmışdı.
ABŞ rəsmilərinin sözlərinə görə, bu silahlar əsasən yerində istifadə olunur. Amma Rusiyanın döyüş meydanında ələ keçirdiyi silahlara nəzarət mexanizminin olub-olmadığı məlum deyil.//Teleqraf
Turlar.az [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir