GİZLİ SSENARİ: "Azərbaycanla bağlı bu plan hələ də Ermənistanda masa üzərindədir: Bakı elə etməlidir ki..."
Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində beton-bunker tipli hücum xarakterli istehkamlar tikir. Eyni zamanda yeni postlar yaradırlar. Xüsusən Kərki istiqamətində onların bu fəallığı müşahidə olunur. Maraqlıdır, sülhdən danışan Ermənistanın bu addımlarının arxasında nələr dayanır? Azərbaycana qarşı yeni hücum və ya müharibə ehtimalı mümkündürmü?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Tofiq Abbasovun sözlərinə görə, hazırda 3 ölkə var ki, onların elitası ərazi məsələsini həll etməyə çalışır. Bunlardan biri Ermənistan, digəri isə İsrail və Yunanıstandır. İstəklər isə bilavasitə İslam ölkələrinin ərazilərinə yönəlib.
"Belə ki, Ermənistan Azərbaycanın, Yunanıstan Türkiyənin, İsrail isə ərəblərin ərazisinə göz dikib. Əlbəttə ki, bu proseslərin çox böyük fəsadsları var. Hazırda da bəzi kanallarla Azərbaycanla Fransa diplomatları arasında təmaslar mövcuddur və danışıqlar gedir. Fransa tərəfinin əsas arqumenti ondan ibarətdir ki, rəsmi Bakı İsraillə dostluq edir. İsrail bizi silahlandırır və bundan yararlanırıq. Fransa isə Ermənistanı silahlandırır. Yəni bizim bu məsələyə etirazımızı əsassız hesab edirlər. Ermənistan isə vassal dövlətidir. Hazırda Hindistanla ilginc əlaqələrə başlayıb. İndi yalnız Ermənistanın bir qədər İran tərəfi ilə soyuqluğu yaranıb. İran anlayır ki, Azərbaycanın dediyi format münasibətlərin inkişafı və regionun təhlükəsizliyi üçün daha münasibdir. Hikmət Hacıyevin İrana səfəri onu göstərir ki, rəsmi Tehranın özü həm bölgə siyasətinə baxmalı, həm də Ermənistanla bağlı qərarlar verməli olur. Ermənistan isə öz açarını Fransaya təhvil verib. Fransa bölgə üçün yaxşı heç nə hazırlamır. Ona görə də, ciddi cəhdlə Ermənistanı silahlandırır və bu prosesdə Hindistan da iştirak edir. Təbii ki, Ermənistanın revanşist qüvvələri var və onlar da Azərbaycanla müharibəni nəzərdən keçirirlər. Bu plan onların gündəmində və masalarının üstündədir. Ona görə də, Azərbaycan prosesi ciddi şəkildə izləməli və nəzarəti əldən verməməlidir. Bu məsələdə biz onlardan daha çox revanşist olmalıyıq. Çünki bu müharibənin səbəbkarı Ermənistan və ermənilərdir. Bunların hamısını ciddi qəbul etmək lazımdır və adekvat addım atılmalıdır. Bir halda ki, başqa dövlətlər Ermənistanı silahlandırır və orduya təlim keçir, buna görə də, biz silahlanmanı dayandırmamalıyıq. Elə etməliyik ki, bir daha erməni revanşizmi və radikallığı başını qaldıra bilməsin".
Müşviq Tofiqoğlu
KONKRET.az

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var